Bağırov Bağır Mirhəzər oğlu 12.05.1937- ci il tarixdə Masallı rayonu Böyük Kolatan kəndində seyid ailəsində anadan olub. Lənkəran Pedaqoji Texnikumunda (1952-1956); ADU (indiki BDU) –nun jurnalistika şöbəsində ( 1959-1965) təhsil alıb. Orta məktəbdə X.Talıbov, X. Əşrəfov,Q. İsayev, Q. N. Əliyev, F. Hüseynova, texnikumda M. Sadıqov, M. Yusubov, H. Axundov, ali məktəbdə B. Vahabzadə, Ş. Hüseynov, Ə. Abdullayev, A. Axundov, T. Hacıyev, N. Babayev kimi ideal müəllimlərdən təlim, tərbiyə alan Bağır Bağırov 55 il pedaqoji sahədə çalışıb. A. Talışoğlu “Bizim Bağır müəllim” (B.2006, 2 cilddə) kitabında, N. Zöhrabi “Fateh” əsərində , kəlbəcərli şair- alim Şamil Əsgərov ona həsr etdiyi poemada, Ə. Fərzəli “Görüşünə gələrəm, ana” (“Azərbaycan gəncləri”), Əhməd Səmədov “Yeddi qardaş, bir bacı”, “Bəkir Coşqun”, Q. Bəxtəvər, S. İbrahimova… yazdıqları şeirlər, hekayələr, məqalələrlə Bağır müəllimin mənəvi sifətlərini oxuculara açıqlayıblar. Əmək fəaliyyətinə jurnalist kimi başlayan Bağır Coşqun yaradıcı adam kimi öz aktivliyi ilə daim diqqət mərkəzində olub. Məqalələr, rəylər, şeirlər, esselər, oçerklər, hekayələr, xatirələr onun çoxcəhətli məhsuldar yaradıcılığından xəbər verir. Bağır Coşqunun “Coşqun bir ümmansan” kitabı nəşr edilmişdir.(1917)