Qonaqlar da Ağababanın necə ova getdiyi-ni, haradan qovlayıb hansı qayada keçiyə necə güllə atdığını, onu necə vurduğunu çox böyük maraqla dinləyirdilər. Ağababa da hadisəni elə bir usta-lıqla söyləyirdi ki, hər kəs zərrə qədər də heç bir şeydən şübhələnmirdi.

Çox sual-cavablar olurdu, Ağababa hamıya lazımi cavab verirdi.

Səhərdən bəri əvvəldən axıra qədər heç nə demədən bu söhbətləri dinləyən Ali dayı təzədən qəlyanını doldurub bir-iki qullab çəkəndən sonra üzünü cavanlara tutub  deyir:

– Məcməyini gətirin bura, mənə yaxın qoyun. Sözüm sözdür. Demişəm ki, Ağababa gedib keçi ovlayıb gətirsə, mən onun ətindən barmaqlarımda  kabab bişirərəm.

Bir çoxları bu işə gülürdü, rişxənd edirdi. Bəzi yaxın arvad-uşaq narahat olurdu, kişi bar-maqla-rını yandırar ha?

Ali dayı əlini uzadıb bir neçə tikə ət əlinə götürüb üzünü Ağababaya tərəf tutub deyir:

– Ay bala, bax bu ət, bu maşa, bu da hazır ocaq. Mən əlimi yandırıram. Ancaq sən mənə de gö-rüm, doğrudanmı, keçini sən özün vur-musan? Ağababa dayı deyir:

– Bəli, Ali dayı, mən vurdum.

Ali dayı maşa ilə ocaqdakı közləri qarışdırıb

birdən çönüb Ağababaya baxdı, ondan soruş-du:

– Ay bala, de görüm, sən ova gedib qayı-dana qədər bu dağda-daşda səni bir kimsə gör-mədimi-?

–  Yox, Ali dayı, yox, heç kəsi görmədim. Lap axşamüstü  Paxlaxəmən təpəsində oturub

dinci-mi alırdım. Qulaməlini öz köhnə həyətində ( Kanəsoğonda) uzaqdan gördüm. Kəlləri yuxarı apa-rırdı.

Ali dayı iki əlini bir-birinə elə bərkdən vurdu ki, elə bil evdə nə isə partladı. Sonra isə gülə-gülə uca səslə dedi:

–  Sən səhərdən bu söhbəti o tərəf-bu tərəfə fırladırsan, amma düzünü demirsən. Bizə bu la-zımdır ki, sən Qulaməlinin adını özün çəkəsən. Qalan şeylər bizə məlum oldu.

De ki, səhər tezdən gedib Qulaməlini evdən götürdün, xahiş etdin ki, bərabər gedib sənin üçün bir keçi ovlayıb, getsin öz işinin dalınca. Sən də təkəni götürüb gətirdin evə. Burda da mənim bar-maqlarımı yandırmaq istəyirdin.

Bütün qonaqlar hamısı gülməyə başlayır. Ağababa daha özünü saxlaya bilməyib o da güldü və baş verənlərin hamısını əvvəldən axıra kimi ətraflı danışdı, bu dəfə doğrusunu.

Məcməyidəki təkə ətini kabab çəkib yeyib-içəndən sonra hamı öz evlərinə dağılışdı.

*

Ağababanın əlində təzə beşaçılanı görən gündən sonra Qulaməlinin gözünə yuxu getmir-di. Axır ki, dözə bilməyib atası Əbülhəsənə deyir:

– Zəhmət olmasa, get Ali dayıdan o beşaçılanı al mənim üçün.

Əbülhəsən də oğlunun sözünü yerə salmayıb qardaşı Cəfəri də götürüb gedirlər Ali dayıgilə. Həmişəki kimi bütün qohum-qəbilə orada idi. Hərə yerini tutmuşdu, öz yerində otur-muşdu.

Çay-çörək verildi, yedilər, içdilər. Maraqlı

söhbətlər olundu. Şəbnişin qurtarandan sonra hamı durub getdi, təkcə Əbülhəsən və Cəfərdən başqa.

Ali dayı çoxbilmiş adam idi. Onların durub evlərinə getməməyindən duyuq düşdü, bir az fikrə getdi. Amma özünü bilməzliyə qoydu. Qəlyanını doldurub eşələyə-eşələyə üzünü Əbülhəsənə tu-tub soruşdu:

– Bacıoğlu, sözlü adama oxşayırsınız. Nə qulluğunuz var, buyurun, deyin.

İlk sözü Cəfər deyir:

– Ali dayı, biz sizin yanınıza elçiliyə gəlmişik.

Amma deməyə utanıram.

Ali dayı qaşlarını çatıb elə bil diksinən kimi

olur:

– Ay bacıoğlu, mənim elə bir ərə gedən qızım yoxdur axı, heç ətrafımda da belə qız gör-mürəm.

Bu dəfə üzünü Əbülhəsənə tutub xəbər alır: – Hansı qızı kim üçün istəyirsiniz? Əbülhəsən də cavabında söyləyir:

– O oğlan neçə gündür ki, bizi bezdirib,

Qulaməlini deyirəm.

Qulaməlinin adını eşidən Ali dayının gözləri

kəlləsinə çıxır. Əbülhəsən baba sözünə davam edir:

–  Qulaməli hər gün deyir ki, Ali dayı təzə bir beşaçılan gətirib, gedin onu alın mənim üçün. Birdən başqası gəlib alıb-aparar, silah əldən çıxar. Biz də həmin beşaçılan üçün elçiliyə gəlmişik.

Mətləbdən hali olan Ali dayı özünü saxlaya bilməyib bərkdən qəhqəhə çəkib gülür. Özünə bir az toxtaq verib deyir:

– Ay axmaq bala, sən bir onun ağlına bax, gör nəyi düşünür? Mən o beşaçılanı Lənkəranda alanda elə onun üçün almışdım. Axı mən silahı nə edirəm, o mənim nəyimə lazımdır? O beşaçılan ancaq ona gərəkdir. O isə silahla birgə mənim özümə.

Elə ordaca Ali dayı durur ayağa, silahı gətirir bütün güllələıri ilə bir yerdə verir elçilərə.

Elçilər də aldıqlarını alıb, aparıb-verirlər yol gözləyən aşiqinə.

Əbülhəsən Həsənzadə

Masallı, Sığdaş