Müasir valideynlər “mən övladlarıma azadlıq vermişəm, onlar özləri qərar verə bilərlər” deməyi seçirlər. Bəli bu avropasayağı səslənir, qulağa çox xoş gəlir. Amma “azadlıq” verilən uşaqlar xüsusilə də yeniyetmələr aldıqları qərarların nələrlə nəticələnəcəyini düşünmürlər. Çünki sonra yaranan problemləri elə “övladlarına azadlıq verən valideynlər” həll etməyə çalışırlar. Ehtimal ki, valideynlərdə bu düşüncə öz valideynlərinin onlara qoyduqları qadağa, çəkdikləri sərhədlərə görə yaranmışdır. Müasir valideynlər “ailəm mənə icazə vermədi”, “mən öz qərarlarımla hərəkət edə bilmədim”, “arzularım ürəyimdə qaldı” deyə düşünərək övladlarına qərar qəbul etmə haqqı tanıdılar. Amma bu zaman övladlarına məsuliyyətlətini başa salmayan valideynlərin işi çətin ola bilər. Övladlarımıza serbestlik verərkən onlara aldıqları qərarların nələrlə nəticələnə biləcəyini, hər zaman hər işin qaydasında getməyəcəyini mütləq halda başa salmaq lazımdır. Əslində isə bir çox halda işlər fərqli cür cərəyan edir. Uşaqlar “belə istədikləri üçün” , nəticələrini gözə almadan qərarlar qəbul edirlər və nəhayət nəsə yolunda getməsə işləri düzəltmək valideynlərə qalır. Bu isə azadlıqdan çox asılılığa bənzəyir. Valideynlər daima uşaqların yanında olmaya bilərlər, olsalar belə onlara dəstək olma imkanları olmaya bilər çünki bütün səhvlər bərpa olunan deyildir. Belə olan halda isə “filankəsdə də belə olmuşdu, tək başına gələn sən deyilsən ki ” demək yerinə, övladların məsuliyyətləri başa salınmalı, nələrlə nəticələndiyi vurğulanmalı, səhvlər göz ardı edilməməlidir. Bəli, azadlıq hər insanın haqqıdır. Amma azadlıq sözünün mənası da düzgün dərk edilməlidir. Xüsusilə də valideynlər tərəfindən. Çünki boyüdükdən sonra belə fikirlərimiz, düşüncə tərzimiz ya ailəmiz tərəfindən bizə təlqin olunan fikirlər üzərindən yola çıxır, ya da dəyişsə belə “görəsən” “bəlkə” deyə qərarsızlıqda qalmış ola bilirik. Valideynlər övladlarını tərbiyə edərkən, onlara milli, mənəvi dəyərləri aşılamalı, məsuliyyətini dərk edərək azadlıq verməli, insanlara, ö bubzünə güvənməyi, dəyər verməyi öyrətməlidirlər. Məsuliyyət olmadan azadlıq olarsa o, artıq özbaşınalığa,terbiyesizliye çevrilər.