İmamverdi Həmidov 1941-ci il yanvarın 1-də Azərbaycan Respublikası Masallı rayonunun Bala Kolatan kəndində anadan olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor, filologiya elmləri doktorudur.
İbtidai, yeddiillik və orta təhsilini müvafiq olaraq rayonun Bala Kolatan, Böyük Kolatan və Bədəlan kənd məktəblərində almışdır.
1957–1959-cu illərdə Bakı Statistika Texnikumunda oxumuş və iqtisadçı ixtisası üzrə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində oxumuş və oranı filoloq, ərəb dili tərcüməçisi, ərəb və Azərbaycan dili müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1966-cı ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olunmuşdur.
1967-ci ildə Sovet İttifaqı Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun (Moskva şəhəri) aspiranturasına keçirilmişdir.
1967-1968-ci illərdə Həmin institutun aspirantı olmuşdur.
1959-1960-cı illərdə Masallı rayonunun Qodman kəndindəki kolxozda iqtisadçı vəzifəsində işləmişdir.
1969-1973- Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat institutunun böyük elmi işçisi,
1973-1976– Ədəbiyyat İnstitutunun elmi katibi,
1980–1985– Ədəbiyyat institutunda böyük elmi işçi,
1990-1997- Ədəbiyyat İnstitutunda böyük elmi işçi,
1997-ci ildən indiyə kimi – Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri və
2017-ci ildən Ələddin Məlikovun dəvəti ilə “Metafizika” Beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının redaksiya şurasının üzvü kimi çalışmışdır.
1970-ci ildə “İbn Quteybə Dinəvəri” mövzusunda “Asiya və Afrika xalqları ədəbiyyatı” ixtisası üzrə filologiya elmləri namizədi dissertasiyası müdafiə etmişdir.
2009-cu ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün Ərəb ədəbiyyatı və Azərbaycan ədəbiyyatı ixtisasları üzrə “Ərəb ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatı klassiklərinin öyrənilməsi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Azərbaycan dili, rus dili, ərəb və talış dillərini sərbəst bilir.
Elmi əsərləri ümumi sayı 113, o cümlədən monoqrafiya və kitabları 9,
Beynəlxalq jurnallarda çap olunmuş əsərlərinin sayı 31-dir.
1963-1964- Yəmən Ərəb Respublikasında təcrübə keçmiş və ərəb dili tərcüməçisi,
1975-1979– Yəmən Xalq Demokratik Respublikasında ərəb dili tərcüməçisi və
1985-1989 – İraq Respublikasında ərəb dili tərcüməçisi işləmişdir.
1998-2010-Bakıdakı Misir Mədəniyyət mərkəzində ərəb dili müəllimi kimi çalışmışdır.
AMEA-dan xaricdə əmək fəaliyyəti:
2004-2011-Bakı Dövlət Universitetində ərəb dili və ədəbiyyatı müəllimi.
1998-2000- “Nizami Gəncəvi” jurnalında Ədəbiyyat şöbəsinin müdiri.
2001-2011-Bakı Asiya Universitetində ərəb dili və ədəbiyyatı müəllimi.
Elmi kadr hazırlığı: 3 nəfər elmlər doktoru hazırlığı üzrə məsləhətçi, 4 nəfər fəlsəfə doktoru hazırlığı üzrə elmi rəhbər olmuşdur.
Yaradıcılıq birliyində fəaliyyəti: 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Vətənimizin bütövlüyü uğrunda müharibədən yenicə çıxmışıq. Çoxlu sayda şəhidlərimiz və yaralılarımız var. Hərə öz sahəsində şücaətlə öz xidmətini göstərdi. Bu yolda da öz əvəz olunmaz xidmətini dəyərli professorumuz İmamverdi müəllim əsirgəmədi. Demək olarkı 44 günlük müharibədə o da öz payına düşənləri etdi. Hər gün dövlət televizorlarında gedən canlı verlişlərdə çıxışları dövlərimizin bu dar nəqamında onun da dəstəyi buna misaldır. Bu müddət ərzində və hal-hazırda da pandemiyanı onun üçün də qorxulu olmasına bamayaraq o xidmətlərini nə AMEA-da tükətmədi nədə gündəlik quruculuq həyatında.
İmamverdi Həmidov “Dodo” qəzetinin redaksiya heyyətinin üzvüdür. Bu müddət ərzində bütün məsləhətləri bizim redaksiya üçün çox dəyərli olub. Həm də Bakı Beynəlxalq Multikulturalim Mərkəzində Talış İcmasının sədri olaraq öz ictimai fəaliyyətində də çox fəaldır. Mütəmadi olaraq redaksiyamıza gələrək bizi tək qoymur. Professorumuzun bu aktivliyi bizi də böyük örnəkdir.
Bəli Professor İmamverdi Həmidov özünə layiq alicənablığı ilə 80 illik yubleyini də beləcə səssizcə keçirtdi. Amma bir mediya olaraq bizim bunu ictimayyətə bildirməməyimiz ən azından yol verilməzdir.
Professor İmamverdi Həmidovun Republikamızda silinməz dəsti xətti var. Onu 80 illik Yubleyi münasibəti ilə biz “Dodo” qəzeti redaksiyası adından təbrik edirik və ona can sağlığı arzu edirik.