Vətən sevgisi adi söz deyil
O Günəşli kəndində dünyaya gələndə xain xislətli düşmən yurd yerlərimizi işğal etmişdi, obalarımı viran qoymuşdu. Hələ dünyada nələr baş verdiyindən xəbərsiz bu uşaq bilmirdi ki, gün gələcək qeyrət marşı çalınacaq, o böyüyəcək, silahdaşları ilə yürüşə çıxacaq, qurd tələsi ilə yurdun haqq savaşına atılacaq, işğalçıları əzənlərdən biri olacaq…
Get gedə böyüyüb dərsə gedən, ömrün dolayalarında pillə-pillə ucalan o igid tez-tez Qarabağ müharibəsi, şəhidlər yur-yuvasından perik salınmış didərginlər torpaqlarımızın işğal olunması kimi sözləri hər gün eşidəcək və həmin sözlər onun yeniyetməlik dünyasını daxil olacaq. Və hər dəfə eşitdikcə bu düşüncələr onu narahat edəcək: “Görəsən nəyin, kimlərin şəfərindən vətənimizin bir parçası qəsb elan olundu? Düşmən tapdağında inləyən, imdada diləyən bərəkətli torpaqlar həmişəlik düşməndə qalacaqmı? Yəni əzəldən düşmənçilik edən düşmənə gücümüz çatmayacaqmı? Axı, ulularımız, elə Xətai babalarımız düşmənə bac verməyiblər, əyilməyib, sınmayıblar…
Və bu düşüncələrlə, suallarla hər səhəri açılırdı Vüqarın. O qətiyən vüqarını, qürururnu aşağı tutmurdu, əksinə özünü qalib kimi hiss edirdi. Bir yandan da oxuduğu Günəşli kənd məktəbinin foyesindəki güşədən şəhid Namaz Muradov boylanırdı ona sarı. Sanki o dilə gəlib Vüqara deyirdi: “Qisasımızı alın, torpağı azad edin. Axı, indi siz çoxsunuz, düşmən isə azdır, qorxaqdır, haqsızdır, çünki zəpt elədiyi torpaqlar onunku deyil…”
Vüqarın Vətən sevgisi
Vüqar Tumarxan oğlu Mövlanov artıq uşaq deyildi, yeniyetməlik dövrünü üstələyəirdi. Ona hər gün Vətən sevgisi, Vətənə övlad borcu, milli vətənpərvərlik fəlsəfəsi, ruhu, böyüklərin qeyrəti, baxışı və düşüncəsi düşündürürdü, onun qəlbində, ürəyində, baxışlarında.
“ Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı vətəni! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Səndən ötrü can verməyə cümlə hazırız!” fəlsəfəsini öznə həyat amalı seçmişdi.
Axı ürəyində olan sonsuz Vətən sevgisi onun gələcək həyat yolunu müəyyənləşdirmişdi. Vətən bizi dizlərində, biz isə Vətəni qəlbimizdə böyüdürdük. Qəlbimizdə kök atan Vətən sevgisi ruhumuzda qol budaq atmışdı. Qan ilə, müəddəs ruh ilə dövr edir, bizə hər şeyi diqtə edirdi Vətən sevgisi. Bu sevgi ilə yaşayan qəhrəmanların keçdiyi döyüş yolu örnək götürülür və gələcək nəsillərə ötürülüb. Şair necə də gözəl deyib:
Qan ilə dövr edən vətən sevgisi, çiləndi vətənin dağ-dərəsinə.
Vüqar Mövlanov dərk etmişdi ki, vətən sevgisindən irəli gələn başlıca həyat amalı itirdiyimiz yud-yuvanı, halal torpaqları vuruşaraq qan töküb, can verib, yeri almaq, illərlə acısını çəkdiyimiz işğal adlı qəbul edilməz gerçəkliyi dəyişmək idi.
Ən böyük neməti, çünki dünyanın ən böyük neməti, Allahın ən gözəl lütfü cəsur, vətəni özü qədər sevən, sanki onun yolunda qurban verməkdir. Bundan böyük sevgi, İlahi eşq olarmı?
Bəli bu sevgi idi onu qələbədən-qələbəyə aparan. Yurdun haqq savaşında düşmənin başına od ələyən, texnikasını, canlı qüvvəsini pərən-pərən salıb məhv edən, onu məğmun hala salan, dünyada rüsvayçılıqla hörmətsiz edən! Onun polad iradəsi sabaha, gələcəyə ümidi, inamı, qətiyyətli baxışları, cəsurluğu, xəyalına gətirmədiyi ucalığa qalxmaqla, ona
ŞƏHİDLİK RÜTBƏSİ
qazandırmaqda yardımçı oldu. Bəzən zabit general olmaq arzusuna çatır, lakin şəhidlik zirvəsinə qalxa bilmir. Vüqar isə bu zirvəyə öz vüqarı ilə halal haqqı ilə çatdı, təkcə vətəninə el-obasına deyil, ata-anasını ucaldan baş ucalığı, sonsuz iftixar gətirdi…
Ata duyğusu,
Ana yuxusu.
Şəhid Vüqarın atası Tumarxan oğlunun döyüş şücaətindən vüqarla danışır. O, sadə peşə adamıdır, halal zəhmət sahibidir. Vətən üçün cəsur, igid, döyüşkən əsgər böyüdüb, boya-başa çatdırıb. Tumarxan ata deyir:
-Vüqar üç oğlumdan biri idi. 1994-cü ilin dekabrında təvəllüd tapmışdı. 2012-ci ildə şəhid Namaz Muradov adına Günəşli kən tam orta məktəbini bitirmişdi. Sonra həqiqi hərbi xidmətə çağrılaraq Milli Ordu sıralarına göndərilmişdi. O əsgərliyi sağ-salamat başa vurub kəndə qayıtmışdı. İki il Leik rayon PŞ-də ictimai polis kimi işlədi. Vüqar həmişə nizamlı olmuşdur, yaxşı yoldaşlığı, etibarlı dostluğu vardı. Həmişə şən və zarafatcıl idi.
Tumarxan Ata:
Qəhərlənir, onun kədərli söhbətində övlada məhəıbbət, Vətənə sevgi duyulurdu. Nə etmək olar, həyatın yazılmamış qanunları, ağlasığmaz olayları var. Ürəyin yağını, gözünün nurunu, arzuların həsrətini itirmək ataya, anaya unudulmaz bir kədər yüküdür…
Bəsti Ana oğlu Vüqar vuruşan cəbhəyə gedəli, çox narahat idi. Axı, ana ürəyidir, dözmür, istirab çəkir, gözləri həsrətlə yollara dikilir, yuxuda oğlunu görür. Görür ki, bütün kənd-kəsək toy-bayram edir. Oğlu evə gəlir, qapıdan içəri girib anasını qucaqlayır: “Can Ana, məndən ötrü nigaran idin. Cəbhəyə gedəndə demişdim axı, mənə görə nigaran qalmayın. Axı, övladın borcudur həm ananı, həm də Vətəni-Ana Vətəni qorusun. Cəsur əsgərlərimiz düşməni darmadağın etdi. Axı, sənə söz vermişdim düşməni yuvasınacan qovub gələcəyəm. Sözümə xilaf çıxmadım. Evimizdə görməli o qədər iş var ki…”
Ana hövlnək oyandı. Yuxu görürdü. “Allah xeyrə calasın” dedi. Gözündə yaş damlalalrı gilələndi, yanağından süzüldü, ana ürəyi dözümlüdür…
Şəhidim, fəxrim
Vüqar Tumarxan oğlu Mövlanov sentyabrın 20-də yurdumuzun vətənpərvər övladlarına qoşulub könüllü olaraq cəbhəyə getdi. Cəbhədə qüdrətli Azərbaycan Ordusu düşmənin işğal etdiyi Qarabağ torpaqlarını azad etməyi başlamışdı. Yer- göy ağır atıcı silahlarının gürültusundan lərzəyə gəlirid, göydən od-alov yağırdı. Düşmən möhkəmləndirilmiş “Ohanyan Səddi”nə güvənərək əl qol atır və bütün qüvvəsini sərf edirdi ki, öz mövqeylərindən geri çəkilməsin. Ancaq əbəs yerə. Artıq gec idi. Azərbaycan Ordusu qəti əks-hücuma başlamışdlı. Vüqarın daxil olduğu tağım çətin keçilən yollarla, dağlarla, dərələrlə, meşələrlə daim irəli gedir düşmənə sarsıdıcı zərbə vurudu. Düşmən böyük itki vererək işğal etdiyi torpaqları tərk edib geri çəkilir, məğlubiyyətini hiss edirdi. Cəsur və qorxmaz, çevik əsgər Vüqar Mövlanov Fizuli, Cəbrail, Qubadlı, Hadrudun azad edilməsində canını belə əsirgəməyib. Yanında şəhid olan silahdaşlarını gördükcə düşmənə qarşı daha da amansız olur, qorxmadan şəhidlər qisasını alır neçə yaralını odun-alovun içindən çıxarıb təhlükəsiz yerə aparıb, sonra silahdaşları ilə birlikdə düşmənə qan qusdurub.
7 noyabr 2020-ci il. Qafqazın incisi, Azərbaycanın musiqi Akademiyası Şuşa şəhəriniun azad edilməsi uğrunda döyüşlərdə Vüqar Mövlanov qəhrəmancasına şəhid olur. Qələbə xəbərini eşitməsədə QƏLƏBƏ, BÖYÜK ZƏFƏR həmişə onunla birlikdə olur və olcaq… Prezidentin fərmanı ilə ölümündən sonra təltif olunduğu ”Fizulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən Uğrunda” medalları QƏLƏBƏMİZİN rəmzi olcaq.
Epiloq
Ötən illər şəhid hərbi qulluqçularımız haqqında davamlı olaraq bədii əsərlər, oçerklər yazmış, beş kitab nəşr etdirmişəm. Düşmən tapdağından azad edilərkən torpaqlarımıza şəhid qanı tökülüb. Şəhidlik zirvəsi elə bir dəyərli örnəkdir ki, zaman ötsədə, nəsillər dəyişsədə, daim vətən və xalq naminə fədakarlığa ruhlandırır, mübarizlik əqidəsi aşılayır. Şəhidlik Vətən, torpaq, yurd, namus, qeyrət uğrunda candan keçmək, özünü bu yolda qurban verərək, ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Şəhidlik igidlik, mərdlik cəsurluq, vətən uğrunda canından keçməyin nə olduğunu öyrətməkdir. Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə gənclərimiz bütövlükdə eləcədə Azərbaycan xalqı fəxr edir. Şəhidlər hər zaman qəlbimizdədir. Onlar ürəklərdə yaşayıb yaşayır və yaşayacaq.
Şəhidlərin Vətən sevgisi bir ümman qədər dərin, saf və müqəddəsdir.
Elə bu sevginin hərarəti də şəhidlərimizi, Vüqarımızı yaşadacaq!
İdris Şükürlü,
Azərbaycanın əməkdar jurnalisti
Lerik Şəhəri