“SOYUQ GÜNƏŞ“ kinosu Ləzgi xalqının adət-ənənələrini, folklorunu və dilini özündə min cür gözəlliklərlə əks etdirən bir sənət əsəridir. Bu kinoya baxmaqdan xüsusi zövq aldım. İl boyu işləyəyib yorğunluq içində bu kinoya bamaq istəmirdim. Nəhayət beynimin sakit bir vaxtı yəni tam dinclik vaxtımda bu kinoya baxmağa qərar gəldim… Düzü artıq azərbaycan dilində bu kino 4 aydan artıqdır ki yotub kanalına yerləşdirilib. Avqustun 22-si bütün günüm ağlamala keçdi. Özüm-özümə məəttəl qalmışdım kino bitdikdən sonra da ağlamğımı saxlaya bilmirdim. Çoxdan idi kinoya baxandan sonra onun təsirinə belə düşməmişdim.

Sədaqət xanımın şəxsi hesablna çəkilən “SOYUQ GÜNƏŞ“ kinosu məni çox  təsirləndirdi. Mən ləzgi xalqının bu toy adətinə aid hətta bir mahnı da bilirəm, onu da Sədaqət xanımın yubleyində təbrik olaraq oxumuşam. Amma adətin bu qədər ciddiliyini heç ağlıma belə gətirməmişdim. Kinoda xoşuma gələn epizodlar həddən ziyada idi. Evlər elə seçilmmişdir ki, adam isteyir ki gedib o evlərdə qonaq olsun. Evin içində olan xalça və avadanlıqlar, orada böyük-kiçiyin öz yerlərini bilməsi, toy adətinin qısa da olsa verilməsi, həm də ləzgi çörəyinin necə bişirilməsi adamı valeh edirdi kino boyunca. Mən də öz payıma düşünürdüm ki necə biz də Talış xalqı üçün belə bir kino və həm də hansı janırda çəkə bilərik. Hər zaman çıxışlarımda yorulmadan vurğulamaqdan zövq alıram ki, Sədaqət Kərimova mənim MAYAKIMDIR! Bu göəzəl xanımın işgüzarlığı məni valeh edir. O çətinliklərə sinə gələrək, geri  baxmadan irəliləyir. Sanki bir anlıq itir meydandan. Sonradan isə Ağ atlı oğlan kimi meydana atılır.

Rejissor Kərimovanın bu çəkdiyi kinoda onun daxili sevgisinin dərinliyini görməmək mümkünsüz.  Yuxarda vurğuladığım kimi ləzgi xalqının bir adəti var toyda oğlan və qız bir-birilərini sevdiklərini hamıya sanki bəyan edirlər. Mənim isə bu acı detal heç ağlıma belə gəlməmişdi ki, sevmədiyi də dəvət edə bilər  qızı rəqsə… Mənim xatirimdə olan mahnıdan bir beytini sizlər üçün də yazıram.

Ji xurin a jaruşa, zul dili divanəvonə,

Anuşarin arədə sa dili ceyrani yəvon.

Ji patari bağlari, ji patari bağlari,

Sa dili ceyrani yəvon, dili ceyrani yəvon.

Məhz bu mahnını Qusardan olan Cavid adında ləzgi tələbə yoldaşım mənə öyrətmişdi, həm də danışmıpşdı ki biz də belə bir adət var. Nə biləydim illər keçəcək bu hekayəni xırda bir  detalına kimi mənim dəyərli bacım Sədaqət bizlərə hədiyyə edəcək. Kino bitdikdən sonra 20 dəqiqədən çox özümə gələ bilmədim. Çox əsəbləşmişdim. Yarqunatın talehi məni tarimar etmişdi(((. Çox istədim Sədaqət xanıma zəng edim ağlaya-ağlaya ki niyə belə valideynlər var? Niyə bu iki gəncin sevgisini məhv etdilər?

Videyonun altındakı qeydləri oxuduqca bəzi insanların sevgi ilə ailə qurmalarını görürük. Bu gözəl hisslərdən xəbərsizlərin qeydlərini oxuduqca onlara adamın yazığı gəlir ki, deməli onlarda bu sevginin yanğısı olmayıb və tam bu hisslərdən xəbərsizdirlər.

Kino boyu Sədaqət xanımın bəstələdiyi Yarqunat mahnısının verilməsi adamın narahat ürəyinə sanki sakitlik üçün bir lay-lay çalınır. Yarqunatın tək qalması mənə çox pis təsir bağışlayıb. Burda deyiblər zalım fələk tam Yarqunatın əlehinə həyatı boyu çalışdı. O öz cavanlığın qurban verdi sevgisinə. Hətta bu cümləni yazanda belə yenə onun acısı ürəyimi silkələyir.

Bəli mənim dəyərli bacım Sədaqət Kərimova kinonun adını da əla seçmisiniz. İnsan yaxınını itirəndə nə isti bilir nə də soyuq. Bu acını dadanlar bilir. İstər sevgi yolunda istər də müharibədə şəhid olanların yaxınları zatən bu haldadırlar…

İnanın insan əzizindən ayrı düşəndə ya da onu itirəndə günəşin istisindən üşüyür. Qışın şaxtasında ona isti olur.

      “SOYUQ GÜNƏŞ“ kinosu Ləzgi xalqının tarixində silinməz izlər saldı. Sədaqət xanım sizə dərin minnətdarlığımı bildirirəm bu kinonu ərsəyə gətirdiyiniz üçün. Kinonun maliyyəsini xalqınız üçün əkmisiniz. Allah üçün edilən işlərdə o borclu qalmır bacım. İnanıram ki, sizli-bizli ana yurdumuz Azərbaycanımızda yaşayan xalqlarımız üçün çəkdiyimiz bu əməyimizin bəhrəsini bizə Allahımız tərəfindən ödəniləcəkdir.

Sonda dahi insan Sədaqət Kərimovaya “DODO” redaksiyası adından təşəkkürümüzü bildiriik. Allah sizin qəlbinizdə nə arzunuz varsa xalqınız və dövlətimiz üçün hamısını yerinə yetirməyinizə yardımçı olsun.

     Dahi Ulu Öndəri Heydər Əliyev gözəl demişdir:

“AZƏRBAYCANDA YAŞAYAN XALQLAR BİZİM SƏRVƏTİMİZDİR!”

 Bəli gəlin əl-ələ verib bu sərvətləri elə özümüz qoruyaq bacım!