Bu şəkil 2009- cu ildə çəkilib . Bu sətirlərin muəllifinin 50 illik yubileyi və iki kitabının təqdimat mərasimi Misir Ərəb Respublikasinin Azərbaycanda fəaliyyət göstərən Mədəniyyət mərkəzində keçirilmişdi. Misir dövlətinin Azərbaycanda fəaliyyət göstərən səfiri Sabir Mənsur, akademik Vasim Məmmədəliyev, şair tərcüməçi Siyavuş Məmmədzadə, əbədiyyatşunas, general Yasif Nəsirli və digər şəxslər haqqımda çıxış etdilər, gözəl sözlər dedilər.
Ondan çox xarici , ölkələrin səfirləri də qonaq qismində iştirak edirdilər.
QHT rəhbəri Aygün Zamanlı 20 nəfərə qədər saz ifaçılarını dəvət etmişdilər.
Şeirlərimi uşaqlar neçə gözəl səsləndirdilərsə, özümün özümdən də xoşum gəlirdi.
Zal ağzına qədər dolu idi.
Misir Azərbaycan dostluğunun təbliğindəki xidmətlərinə görə, eləcə də həm Respublika qəzetində həm Həkəri qəzetində çap etdirdiyim silsilə yazılarıma və orda keçirilən tədbirləri mütəmadi olaraq işiqlandirdigima görə Misir Respublikasının Azərbaycandakı səfiri öz dövlət rəhbərinin adından mənə Qızıl suya çəkilmiş qiymətli medalyon və bambuq kağızı üzərində Ramzesin şəkli təsvir olunmuş Fəxri diplom, təşəkkürnamələr təqdim etdi.
Tədbir bütün televiziyalarda və dövlət qəzetlərində Azərtac-ın xətti ilə yayımlandı.
Sonda çıxış etdim və şeirlər söylədim.
Bədii hissədən sonra şirniyyat süfrəsi təşkil olundu Rəhmətlik kicik qardaşım Namiq böyük bir tort sifariş vermişdi. Vasim müəllim şeirimi çox bəyəndi və əlini çiynimə toxundurub sağ ol dedi.
Qədim Nil çayının sahillərində,
Qahirədə insan cənnəti duyar,
Dahi şəxsiyyətlər yetirən diyar,
Yaşayır el oba daim bəxtiyar.

Həmin illərdə Misirdə hələ aranı qatmaıişdilar.
və ya
Dost olub Heydərlə Hüsnü Mübarək,
Dinimiz sülh dini hamıya gərək..
başlıqlı şeirim pis də alınmamışdı.
Tədbirdə iştirak edənlər yəqin ki xatırlayar.
Gözəl insan İsmayıl Vəliyevin qardaşı Məhəmməd Vəliyev Respublika qəzetində bu tədbirlə bağlı ətraflı gözəl bir məqalə də yazmışdı.
Teymur Əhmədov rəhmətə gedəndən sonra bu qəzetin də ləzzəti qaçdı.Cunki nə qədər peşəkar jurnalistlər dünyasını dəyişdi .
Teymur Əhmədov, Xəlil Cabbarov Nərgiz Rüstəmli, Sabir Mustafayev, İlham Pənahov İlham Paşayev ,Samir Zeynalov İlham Vedili .
Allah yerdə qalan dostlarımın canin sag eləsin Hər biri bir dünya idi mənimçün .
Hümbət Musayev də sağ olsun ki, qəzeti yüksək səviyyədə çap etdirərək davam etdirik
Elə olub ki, dörd tədbir yazım dövlət qəzetində çap olunub .
Bu gün albomumu vərəqləyərkən bu şəkil məni köhnə illərə qaytardı. Onu da qeyd edim ki, Misir -Azərbaycan dostluğu ilə bağlı Həkəri və Borçalı qəzetində həm ərəb, həm Azərbaycan dillərində xüsusi buraxılışları da çap etdirmişdim.
Azadə Taleh Abbasqızı Borçalı qəzetinin baş redaktoru və Həkəri qəzetinin baş redaktoru, rəhmətlik Əli Xankişiyev olmaqla az da olsa xidmətlərim yadıma düşdü.
Bu xatirələri yazmaqda dövlətdən yalvarıb nə ad almaq istəyirəm, nə də ki mənzil.
Sadəcə onu istəyirəm ki, dünyamız salamat olsun. Xalqımız firavan yaşasın. Dostlarımın canı sağ olsun.
Bəşəriyyətə bu xəstəliyi , virusu yayanları Xəlil olsunlar dunyamiz yaxşı insanlarla dolsun.
Bu illər ərzində dünyasını dəyişən dostlarımı xatırlayıb rəhmət diləyirəm. .Bu tədbir yəqin ki, çoxlarının yaddqsindqn silinməyib .
Xahiş edirəm ki, bu yazımı təkəbbürdən uzaq təbii qəbul edəsiniz.

Rauf İlyasoğlu