Emin Baratoğlu imzası oxuculara yaxşı tanışdır.
AYB – nin və AJ B – nin üzvü, ” Qızıl qələm” və bir çox media mükafatlarına layiq görülmüş Emin Baratoğlu istedadlı şair- publisist, pedaqoqdur.
20 -dən çox kitabların, almanaxların müəllifidir.
” Həkəri” qəzetinin Qəbələ bölgəsi üzrə xüsusi muxbiridir.
Vətənpərvər yazıları qəzetimizin hər sayında çap olunur. Vətən uğrunda canını qurban vermiş şəhidlərimiz, qazilərimiz haqqında yüzlərlə məqalələrin, tədbir yazılarının müəllifidir.
Düz 44 il fasiləsiz olaraq Bum qəsəbə orta məktəbində müəllim vəzifəsində işləyib. Yeniyetmə və gənclərimizin vətənpərvər ruhda böyüməsində həm müəllim, həm də şair olaraq xidmətləri böyükdür və hər kəsə bir numunədir.
El – oba arasında böyük hörmət və nüfuz sahibidir.
Çox sadə, səmimi, mehriban, xeyirxah, qonaqpərvər və təvazökar ziyalılarımızdandır.
Mərhum şairimiz Tacəddin Şaxtaxtıdan dərs almış istedadlı qələm sahibi hər sözə qiymət verməyi bacaran şairlərimiz sırasında mətin addımlarla öndə gedir.
Şeirləri də mükəmməldir. Yüzlərlə kitabların redaktoru, ön söz müəllifi və məsləhətçisidir.
Bum qəsəbə orta məktəbinin qədim tarixi barədə sanballı kitabların müəllifidir.Vaxtilə məktəbdə işləmiş qocaman müəllimləri, məktəb direktorları haqqında yazdığı bu tədqiqat əsərləri elm tariximizi öyrənən tədqiqatçı alimlərimiz, yazıçılarımız üçün də dəyərli mənbədir.
Emin Baratoğlunu uzun illərdir ki, tanıyıram.
Vaxtilə Bakıda fəaliyyət göstərmiş ” Min Bir Mahnı” nəşriyyatına gələr və kitablar çap etdirərdi.
Dostluğa qarşı sədaqətli, mərd, dürüst və sözü bütöv insandir, ağırtaxtalı , çörəkli köhnə kişilərdəndir.
Yeri gəlmişkən onu da deyim ki, Emin Baratoğlunun bir kitabının redaktoru və ön söz muəllifiyəm.
Əslində peşəkar qələm sahibinin kitabında redaktəyə elə ciddi ehtiyac da yoxdur. Amma bir səmimi insan olaraq dostumuzun şeirlərindən xüsusi bir zövq alib yaradıcılığına əhsən deyirəm.
Emin Baratoğlunun şeirlərini oxuyarkən sanki bir gözəl aləmə baş vurursan. Fəlsəfi fikirlər, nəsihətamiz kəlamlar , yeni , təkrarsız deyimlər hər kəsdə bir ruh yüksəkliyi oyadır. Uşaq şeirləri isə onu körpələrin də sevimlisinə çevirmişdir.
Emin müəllim həm də zəhmətkeş bir insandır.Dulgərlik sənətinə yiyələnib, evlər inşa edib, insanları sevindirib
Hazırda təqaüddə olsa da gah təsərrüfatla, arıçılıqla məşğul olur, gah bəhrəli bağında yaşıllığa qulluq edir, gah da Qəbələdə keçirilmiş dövlət tədbirlərində, kitab təqdimatlarında fəal iştirak edir, şəhid ailələri ilə tez- tez görüşərək duyğulu şeirlər söyləyir, gənc yazarlara məsləhətlər verir.
Bu günlərdə ” Qəbələnin səsi”içtimai birliyinin sədri ,şair, gözəl qəlb sahibi Şəhla Xəlil qızının dəvəti ilə Qəbələdə yerləşən Rəşid bəy Qurtqaşenlinin ev muzeyində şəhid ailələri ilə görüşə dəvət olunmuşdum.
Köhnə dostum Emin Baratoğlu məni Qəbələnin mərkəzində qarşılayaraq şəhərin görməli yerlərini gəzdikdən sonra möhtəşəm tədbirdə iştirak etdik. Şəhid ailələri qarşısında çıxış etdik,
Şəhid Bayram Məhəmməd oğlu Məmmədovun əziz xatirəsinə həsr etdiyim
” Bayramsız Laçın, Laçınsiz Bayram” adlı kitabımı , eləcə də “Şöhrət” ordenli kinorejissor şair, mərhum dostumuz Ramiz Əzizbəyliin ” yenicə çap olunmuş ” Cızma qaralar” kitabını muzey rəhbərinə, Şəhla xanıma, şəhid atası Cəlil Xeyirbəyə və Emin Baratoğluna , eləcə də digər dostlara hədiyyə etdim.
Şair dostlarımızın kitablarının təqdimat mərasimi yüksək səviyyədə keçirildi.
Onu da qeyd edim ki,
Qəbələ və Oğuz rayonlarında yaşayan peşəkar səviyyəli şairlərin şeirləri qəzetimizdə mütəmadi olaraq çap olunur.
Şəhid ailələrindən yazdığımiz ” Həkəri” qəzetlərindən tədbir iştirakçılarına təqdim edərkən şəhid analarının gözlərində az da olsa sevinci görərkən çox duygulandım.
Qeyrətli vətən övladları ilə xatirə şək…
Rauf İlyasoğlu