Sentyabrın 13-də redksiyamıza Lerik rayonunun Camal Şahıyev küçəsi ev 8, mənzil 15 də yaşayan Qarabağ əlili Məmmədov Üzeyir Cavanşir oğlundan ürək parçalayan bir məktub aldım. Məktubda ona qarşı edilən haqsızlıqlardan yazırdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sosail tibbi ekspert komissiyası tərəfindən ona qarşı olunan haqsızlığa görə müraciət etmişdir. Müraciətdə o tabor komandiri Tehran Mənsimovun onu təkidlər qospitala göndərdiyini və 2 ay müalicə aldıqdan sonra yenidən döyüşə qayıtdığını qeyd edir.

Bəli ürək parçalayn bu hekayə bir  gəncin həyatıdır. Hansı ki bütün sağlamlığını itirib. Maraqlıdır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sosail tibbi ekspert komissiyasında bu işlərə cavabdeh olan nümayəndələr nədən I və II Qarabağ müharibəsi əlillərinə qarşı bu haqsızlığı davam edilər. Dəhşətlisi də budur ki  hamılıqla buna göz yumuruq. Bu müayinələrin səthi keçirildiyi və qazi və əlillərimizin təhqi olunduğu nə vaxta  qədər davam edəcək?

 

Üzeyir Məmmədov Dodo redaksiyasına yazır:

1991-ci ildə rus hərbi xidmətindən imtina edib vətənə gəldim.1992 feralından Bakıda sonra isə bizi Fizuli rayonunun, Qacar kəndinə apardilar. Fizulidə olan bütün döyuşlərdə iştirak etmişəm.1993-cü il aprel ayının  2 də erməni rus birləşmələrinin Qacar kəndinə hücumu zamani tankın atdıgı mərmi nəticəsində kontuziya aldim. Tabor komandiri Tehran Mənsimov qulagımdan qan gəldiyini görub məni Qaraxənbəyli qospitalina göndərdi uzun müalicədən sonra sol qulagım eşitmədiyi  üçün və başımda olan fasiləsiz agrı və səslərə görə həkim məni evə buraxsa da imtina edib döyuşə yoldaşlarımın yanına qayıtdım. 1993-cü ilin avqust ayının  3-də ermənilər Fizuli rayounun,  Kürdmahmudlu kəndini mühasirəyə aldilar qolumdan və ayagımdan agır yaralandım yoldaşlarım məni Beyləqan qospitalına oradan da vertalyotla Bakıya papani qospitalına gətirdilər. Üç ay müalicə olundum nəfəs ala bilmədiyim uçun müayinəyə göndərildim. Müainə zamani ciyərlərimdə su yığıldığı aşkar olundu və  məni Bakı şəhərinin Nizami rayonunda yerləşən 8 km qəsəbəsindəki “Vərəm İnistutuna” göndərdilər. Uzun müalicədən sonra rayona həkim nəzarətinə göndərildim. 2004-cu ildən II dərəcəli müddətsiz əliləm 2011-ci ildə ailə vəziyyətim agır oldugu üçün dərmanlarımı ala bilmədiyim üçün II dərəcəli əlilliyimi III etdim ki, işləyim 4 ildir şəkərdən əziyyət çəkirəm 2021-ci ilin may ayında sənədlərimi tibbi sosial ekspertizaya göndərdim 2 dəfə imtina gəldi. Sonra iyul ayında canlı müayinəyə getdim həkim təkcə ayagıma güllə yerinə baxdı və heç nə demədi. 45 gündən sonra 1923 zəng etdim dedilər ki, əlilliyin dayandırılıb əsas səbəb mənim işləməyimdir. Əgər işləməsəydim 6 baş ailəni necə dolandıra bilərdim? Mən saglamlıgımı 19 yaşımda itirmişəm niyə bizə qarşı haqsızlıq olunur? 1993-cü ildən bu günə kimi baş agrısından bir gün belə dərmansız yata bilməmişəm. Xahiş edirəm mənə bir baci kimi  kömək edin.