Qələbə köynəyi geyibdi yollar,

Vətəndən-vətənə körpüdü qollar.

Bu gün tarix yazır ərən oğullar,

Adınla başlanır qeyrət dastanım,

Min yaşa, müzəffər Baş Komandanım!

Ümid gülümsəyir könül bağımda,

Zəfər ətirlidir dərəm, dağım da.

Səni salamlayır Qarabağımda, –

Açılan səhərim, sökülən danım,

Min yaşa, müzəffər Baş Komandanım!

 

Sərkərdə oğlusan Dədə Heydərin,

Cürətin yenilməz, hikmətin dərin.

Üzünü güldürdün doğma ellərin,

Qorusun ömrünü ulu “Quran”ım,

Min yaşa, müzəffər Baş Komandanım!

 

Güzgüdü bu yurdun namusu, arı,

Sudan dupdurudu, Aydan da arı.

Səni salamlayır şəhid ruhları,

Qisasa tamarzı qalmadı qanım,

Min yaşa, müzəffər Baş Komandanım!

 

Sesin dalgalanir Cidir duzunde,

Umid qanad acib goyun uzunde

Veten sevgisi var her bir sozunde,

Zefer etirlidir doyus meydanim,

Min yaşa, müzəffər Baş Komandanım!

 

Soyledin :-Qarabag Azerbaycandir!

Adi torpaq deyil,canimda candir!

Yolunu gozleyir,gor bir hacandir-

Arzu yollarimda umid sarvanim,

Min yasa,muzeffer Bas Komandanim!

 

Tanıtdın cahana öz ünvanını,

Yaşatdın millətə zəfər anını.

Üçrəngli bayrağım öpür alnını,

Adınla öyünür Azərbaycanım,

Min yaşa, müzəffər Baş Komandanım!

Balayar Sadiq
Yurd jurnali