Bəzi tanınmış tarixçilər “Avesta” da verilmiş coğrafi məlumatları əfsanəvi adlandırırlar. “Avesta”ya belə munasibət yanlışdır. Zərdüşt peyğəmbər bu məlumatlarda bütün yer kürəsini deyil, Talış və Qafqaz dağları həndəvərini əhatə etmişdir. Orada Talış dağları , “hırevə ku” kimi qeyd olunub. Bü dağda Yima şahlıq etmiş, insanları son buzlaşmadan qorumuşdur. Rusdilli ədəbiyyatda Yimanın şərəfinə qurban kəsilən bu dağı “qorı Xara” adlandırırlar. Qorış Xara dumanlı daglar deməkdir. Bu Talış dağlarında tam uyğun gəlir. Keçmışdə Talış dağları iqlim çox hissesi dumanla örtülüb. Talış dağlarının bir adı da “Hırkuon” olub. Duman Dənizə qədər bütün düzən torpaqları duman örtdüyündən indiki Lənkeran Astara rayonlarının düzən əraziləri Hirkaniya adlanırdı. Bu ərazilərin Midiyaya aid oldugunu Qatlar təsdiq edir. Makovelski “Avesta” əsərində Əvsanəvi Yimanın varisi Dahuk (balkə orqinalda Deyil şəklində yazılıb) hesab olunur. Müəllif yazır ki, Dahukpatiş sözü Midiya şahlarına aid olub. Dehukpatiş əslində Deyokpadşah deməkdir. Bu onu sübut edir ki, “Avesta” Midiyanin ilk illərində yazıya alınıb. Bu yazdığım qısa məqalədə şox şey açıq yazmasam da ayığ oxucu mətləbdən anlayar. II Sarqonun (e.ə 722-705) kitabəsinə görə Deyok ailəsi ilə birlıkdə Həmata köçürulub. Midianı Deyok qurub. Bütün Midiyaşünaslar Deyokun Suriyaya köçürulduyunü yazır. Çünki orada da Həmat şəhəri var idi. Beroc yazır ki, Midiya əvvəllər Kutilərin yaşadığı yerdə meydana gəldi. Kutilər e.ə. III min illikdə Şumeri zəbt etmişdilər. Yəqin ki, həmin Həmatı da onlar inşa etmişdilər. Həm də rəsmi sənədlərdə Lerik ərazisində Həmat yoxdur. Bu tarixçilerin deyil, siyasətçilərin günahıdır.
Zərdüşt peyğəmbərin doğulduğu yer Qatlarda Raq kimi qeyd olunub. Talışca Rəğ yəni təpə. Tarixçilər Raqı Reylə eyniləşdirirlər. Amma Mak. İsgənərin orda olması, ordan Daranın təqibini davam etdirərkən təxminən 60-70 km gəlib Hirkan dənizinin şirin sulu körfəzinə rast gəlməsi Raqın Rey olmasını inkar edir.
İsgəndər Hirkan dənizinin şirin sulu körfəzindən ayrılandan sonra Parfiyaya yola düşdü. Yarıyolda Daranın öldüruldüyünu öyrəndi. Ktessinin məlumatına görə Böyük Kir də Parfiyada dar dərələrin birində Değ tayfaları tərəfindən tələyə salınaraq öldürulub. Parfiyanın paytaxtı Tus şəhəri idi. Parfiyanın yerinin dolaşığa salınmasının səbəbkarı Firdovsinin vətəni olan Tus şəhəri olmuşdur. Herzfeldin , “Zərdüşt və onun dünyası” əsərində Parfiya satrapı Viştaspın Tus e Notar şəhərində doğulduğu yazılır. Viştasp qadın xətti ilə Əhəməni şah ailəsinə baglı idi. Bu qohumluğa görə Viştasp Parfiya satrapı təyin olunmuşdu. Asp Parfiyada müqəddəs heyvan sayıldıgından oglan uşaqlarının adının sonuna əlavə olunurdu. Bu adlar sırf Parfiyaya aiddir. Zərdüştun anası Raqdan olsa da, atası Parfiyalı idi. Midiya şahı Fraortanın vəziri Viştasp da Parfiyalı idi. Əslində satrap Viştasp yox, vəzir Viştasp Zərdüştun müasiri olub. Əhəmənilər Zərdüşti olmasalar da, parfiyalılar Zərdüşti idilər. Ona görə l Dara şah seçilən kimi özunu dini lider elan etdi.
Xorasandakı Tus şəhərində iki Sidr ağacı əkilmişdi. Güya bu ağaclar Zərdüştün doğum ili ilə bağlı olmuşdur. Bu ağaclar Zərduşt dini əlamətinin daşıyıcısı kimi Xəlifənin əmri ilə 860-ildə kəsilib. Bü ağacların ömru təxminən 1450 hesablanır. Zərdüştşünaslar bunu lsgəndərə qədər olan 258 ilə görə hesablamışlar.
“Avesta” ya görə insanlar üç müqəddəs ZƏR əta olub. Şahların ZƏRi padşah oturan şəhərdir, Maqların ZƏRi Parfiyanın paytaxtı Tus şəhərinə, sadət Xalqın ZƏRi Zərdüştün doğulduğu Raq şəhərinə əta olmuşdur. Hertsfeld görə Zərdüştün Raqdan Tusa, ordanda Baktriyaya daimi marşrutu var idi. O bu yolu qoşa atlarla gedirdi.
Kir masagetlərlə doyuşdən qabaq yuxuda Daranın hakimiyyəti ələ aldıgını gorur. Ona görə Daranın atası, Parfiya satrapı Viştaspı onu həbs eləmək uçün geri gondərir.
Masagetlərlə döyüş boyük fəlakətlə qurtarır. Kir doyüş zonasından çıxarılır. Ktessinin məlumatına görə Kir Parfiyada daylar vadisində tələyə salınaraq öldürulür.
İlqar Səfərov
Lerik, Noda