Bu yazılarda 1931-ci ildə Müzəffər Nəsirli tərəfindən Az. D,E,T,İ. Nəşriyyatı trəfindən Bakıda nəşr edilmiş “TALIŞ MAHNILARI” kitabna Vəli Xuluflunun yazdığı ön sözləri sizlərə təqdim edirik.
Bir neçə söz
,,Ümüm sosyalist Şura cumhuriyətlərində proletar diktaturlığı və sostalizm quruluşu devir; şəkilcə milli, məzmunca internasiyonal milli mədəniyyətlərin böyük inkişaf devrindən ibarətdir.
Hər millətin öz ana dilində aparılan ümümi məcburi təhsil sayəsində milli mədəniyyətlərin inkişafı daha böyük bir sürətlə iləriləməlidir.
U.L.K F. XVI Qurultayından yoldaş Stalinin nitqindən.
Bu ildən etibarən maarif komisarlığının qərarına görə bütün azlıqda qalan millətlər və bu cümlədən Talış məktəbkərində ana dili ilə dərsə başlanacaqdır.Talış məktəblərini hazırlığı müəllimlər kadrosu ilə təmin etmək məqsədilə Lənkəran pedoqoji texnikumu yanında xüsusi şöbə açılmışdır.
Dünyanın heç bir yerində, heç bir ,,demokratiya” əlaqəsində milli məsələ həll edilməmiş və edilməsidə çətindir. Çünki hakim sinif, bu yazıya hər nə qədər ,,demokrat” olsada, sözdə millətlər hüququnun bərabərliyi tərəfdarı olsa da, əməldə isə yenə də onun iqtisadi və siyasi
Mənafi bu məsələyi qəti sürətdə həll etməyə imkan verməyir. İngiltərə, Fransa və sayir kapitalist dövlətlərin müstəmləkələrində milli məsələnin nə cür həll edildiyi məlumdur.
Proletar diktaturluğunda hakim və məhkum, böyük və kiçik millətlər imtiyazı yoxdur. Şuralar ittifaqında yaşayan bütün xalqların hüquqca bərabər olduğu çoxdan elan edilmiş və əməli olaraq həyata keçirilmişdir. Lakin bəzi iqtisadi-mədəni və sayir səbəblərdən biz hələ bir çox xalqın mədəni-maarif işlərini öz ana dilinə keçirə bilməmişik. Talışların məktəblərinin ana dilində keçməsi bizim milli məsələni düzgün həll etməmizi bir daha aydıncasına sübüt edir.
,,Azərbaycanı öyrənən cəmiyyət” bu gündən başlayaraq Talış el ədəbiyyatından nümunələr nəşr edəcək, bu yaxın zamanlarda Talış lüğəti buraxacaqdır. Bundan başqa cəmiyyət hər bir vasitə ilə olursa olsun,Talış xalqının ictimai və yaşayış cəhətlərini, xülasə bütün həyatlarını tədqiqdən keçəcəkdir. Bu xüsusda bu vaxta qədər bir çox komisiya çalışmaqdadır.
İndi nümünəsini verdiyimiz bu el ədəbiyyatı əhalinin yaşayışına xarakterizə etməkdə çox maraqlıdır. Bu mahnılardakı çox ibtidayi quruluş və bir çox yeni motivlər bizə ictimai həyatın keçmişini və yeni həyat mənzərələrini inikas etməkdədir. Bu mahnılardan Talış xalqı arasında ictimai münasibətlərin bəzi cəhətlərinkdə öyrənə bilərik.
Məsələn:,,Iştı nomşon yolə Merzo nıvıştə”, ,,Sənin adına böyük Mirzə yazıblar” və itayət və yaxud İqram etmə kimi adətləri buruzə verməkdədir. Əməkçi xalq öz əməyi, qolunun qüvvəti və səyi deyil, qərəz, zülmü altında yaşadığı “Mirzəni özünə ideal götürür.,,Mirzə” kəlməsi Azərbaycan türkləri arasında indi bir hörmət və şərəf sahibi deyildir. Lakin vaxtı ilə feodalların, xanların mkrzələri ikinci bir feodal və xan qəsildiyindən xalq arasında böyük bir qüvvət və şərəf sayılırdı. Talışlar arasındada ,,Mirzə” kəlməsi bu mənanı bu vaxta qədər saxlamışdı.
Kırım Tatarları arasındada ,,Mürza” böyük mülkədara deyilir.
Lənkəran talışların ən böyük məşğələsi və demək olar ki, təsərrüfatların can damarı ,,bicar”dır. Bicar çəltik həndinə deyilir. Lənkəran qəzasında çəltikçilik demək olarki, böyük bir kültüraya vardırılmışdır. Burada bicarın suvarma və əkin sistemi doğrudanda çox mürəkkəb və olduğca mahirənədir. Hətta dağların döşündə, təpələrin başında, enişdə, yoxuşda belə bicar vardır. Suvarma sisteminin belə dolaşıq və mahiranə sürətdə aparılmasına görə, buralardan lazımi qədər məhsul götürülür. Azərbaycanın başqa yerlərində ,,tümcar” (tumor) yoxdur. Tümcar şitillik deməkdir. Çəltik toxumu əvvəlcə tumcara səpilir. Kuş aparmamaq üçün tümcarın üstünə tor və yaxud çadır çəkilir. Çəltik burada bir qarış boyu cücərdikdən sonra, bicara əl ilə şitil edilir.
Bicar doğurdanda bir əmək bayramıdır. Burada əmək hər nə qədər ağır və əzablı olsa da, yəni Talış qadınlarının fədakarları sayəsində bir bayram şənlikinə çevrilir.
Bicara başlamanın özünün mərasimi vardır. Əvvəlcə tümcara başladıqda ləkin tirəsinin üstünə
bir güzgü qoyar, sonra işə başlarlar. Bicar şitilləməklə başlayanda qadınlar paltarları dəyişməlidir. Hər halda hər bir qadının döşlüyü qırmızı, qolunun qolçağı qırmızı olmalıdır. Başının yaylığı ağ və başqa rəngdə ola bilər. Burada daha böyük bir şərtdə var: hər halda işə başladıqda üzü qibləyə durmalıdır. Onun üçün də çox vaxt bicarın başından deyil, ayağından və başqa yerindən başlayardılar.
Talış kişiləri bicar işində bir o qədər iş görmürlər. Onların vəzifəsi yalnız torpağı sürməydən və məzi çəkməkdən ibarətdir. Yerdə qalan bütün ağır vəzifələri qadınlar görürlər. Ələlxusus bicarda şitil basırma işi böyük bir əzabdır. Qadınlar səhər gün çıxmazdan ta gün batıncaya qədər bellərini iki qat əyib, bicarda şitil basdırırdılar. Çox vaxt uşaqlarını dallarında sarıyıb, elə işləyirlər. Hətta bəziləri bicara gedəndə iki-üç kilometrə (verst) yolu beşikləri başında bicara aparır, axşamlar da yenə başında qaytarıb evə gətirir.
Qadınlarda bicarda bu əziyyətlə çalışarkən, kişilər bicara yaxın, yol kənarında açılmış çayçı dükanına yağılıb, hərəsi çay içmək və qəp vurmaqla (danışmaqla) məşqul olurlar.
Talış qadınları çox qoçaq işçidirlər. Onlar doğrudanda bicarda od parçası kimi çalışırlar. Bəziləri bicarda şitil etdikdə əlimi görmək olmur. Maşın sürətilə işləyirlər. Bicar işi kollektif bir sürətdə görülür. Hər ləgdə ən azı 4-5 qadın yan-yana durub, cərgə ilə işləyirlər.
Bizim burada dərc etdiyimiz mahnıları həmən bicar işlərində çalışdıqları zaman qadınlar xor ilə oxuyurlar. Bəzən birisi uca səslə oxuyur, başqalarıda ona səs verirlər. Deyildiyinə görə talış kişiləri bu mahnılardan az oxuyurlar. Oxuyanlardan əksəri Əsil Kərəm və sayirədən bəzi parçalar söylərlər. Hər halda burada dərc edilən mahnılar qadınların kollektif sürətdə yaratdıqları nəğmələrdir.
Bu nəğmələrin içində bəzən dini, mevhum fikirlər yox deyildir. Bundan başqa yuxarıda dediyimiz kimi koldarlıq psixolojisini ifadə edən momentlərdə vardır. Lakin bunlar heç vaxt talış qadınları bicar fəaliyətinə və onların ağır əməkdə çalışmaları şərəfinə bir nöqsan gətirir, bəlkə ictimai həyatın, ictimai quruluşun əvamlığını və mədəniyyətsizliyimi açıq-açığına meydana çıxarır.
Ancaq şura devrində qadınlar özləridə artıq dini fikirlərin boş oıduğunu düşünərək, yavaş-yavaş “Məhəmməd Mustafa” kəlməsi əvəzinə ,,Bizim hökümət” sözunu işlədir, yeni ruhda mahnılar oxuyur və qadın azadəliyindən danışılır. Bu da qadınların psixologiyasında bir təbəddulat və bir dəyişikliyin əmələ gəldiyinə, yəni azadlığa doğru bir hiss oyandığını göstərir.
Əski həyat və ənənəyə mədəni inqilab indi atəş açmışdır. Mədəni inqilab əski həyatı, yıxıb, yeni sosyalist həyatına bir yol açmalı, zəmin hazırlamışdır. Lakin bu, o demək deyildir ki, biz əski həyatı, dekret və ya əmir vasitəsilə puça çıxaracağdır. Biz hər halda əski həyatı və onun üst qurumunun puç etmək üçün onu mufəssəi sürətdə öyrənməli və onun bütün nöqsanlarını meydana çıxarmalıyız. Onun bütün nöqsanları, ətraflı bir sürətdə tədqiq və təhkik esildiyindən sonra, biz mədəni inqilabın hücümünü daha sürətlə apara bilərsiz.
Talış ədəbiyyatı çap edilməsi və məkəblrin ana dilinə keçməsi mədəni inqlabın hücumuna bir meydan açır. Ancaq bundan sonra biz Talışstanın əski həyatna bir mənzərə açıb, ədəni inqlab illəri sürəcəyiz və meydanını genişləndirə biləcəyiz.
Hər halda Talış ədəbiyyatınln çap olunması və məktəblərin ana dilinə keçməsi təbrik olunacaq bir hadisədir.
Birinci dəfə olaraq “ İnternasional” Talışcaya tərcümə ediməsi, şəkicə milli və məzmunca internasnol Talış mədəniyyət və ədəbiyyatı yaratmaq yolunda çok mühüm birinci addım hesab edilməlidir.
Yoldaş Müzəffər Nəsirli Talış mahnılarını toplamaqda ilk addım atmış və çətinliklər də çəkmişdir. Hər halda bu başladığı işdə ciddi surətdə davam etməsini arzu edirik.
VƏLİ XULUFLU