“Özünü tapan adam” kitabı şair Q.K.Kadusinin oxucularla beşinci görüşüdür. Kitaba şairin son illərdə qələmə aldığı şeirləri, dördlükləri, cinaslı bayatıları və aforizmləri tolanıb. Vətən məhəbbəti, saf sevgi duyğuları, uşaq dünyasının saflığı, həyat təcrübəsindən doğan müdriklik kitaba daxi olan əsərlərin əsas leytmotivini təşkil edir.