Azərbaycanda yaşayan çoxsaylı xalqların folkloru, oxşar milli, adətənənələri var. Əsrlər boyu insanlar öz adət və ənənələrini qoruyub, saxlayıb, yaşadıblar və gələcək nəslə ötürüblar. Bunu folklor nümunələrində göstərmək olar. Azərbaycanda yaşayan çoxsaylı xalqların hər birinin folkloru, mədəniyyət inciləri, musiqisi və nəğmələri var. Əlbətdə ki, şərq musiqisinin içərisində oxşar rəqslər və nəğmələr daha qabarıq hiss olunur. Azərbaycanin cənub bölgəsində yaşayan talış xalqının da milli adət- ənənələri, folkloru, musiqisi hər birimizin qəlbini sevindirir. Folklorumuzu təbliğ edərək gələcək nəsillərə çatdıran tanınmış bir mədəniyyət xadimi haqqında söhbət açmaq istəyirəm. Kəkəyev Seyidxanım Mərdan qızı 1964-cü ildə Astara rayonunun Siyaku kəndində anadan olmuşdur.. 1997-ci ildən Siyaku kənd Folklor evində bədii rəhbər vəzifəsində işləyir. Seyidxanım Mərdan qızının fəaliyyəti danılmazdır. Müxtəlif dövlət tədbirlərində, öz el – obasının folklorunu təbliğ edərək insanlar arasında gözəl əhval ruhiyyə yaratmaq ən nəcib işdir. Seyidxanım Kəkəyev sənətkarlarımızı xalqımıza tanıtdırır və hər zaman mədəniyyət iş’ilərinin adları iftixarla çəkilir. Siyaku kənd folklor evində “Dalğa” instrumental ans amblı da fəaliyyət göstərir. El şənliklərində, milli bayramlarda folklor evinin təcrübəli musiqiçiləri öz məharətlərini göstərir və onların çıxışları alqışlarla qarşılanır. Seyidxanım Mərdan qızı zəngin Talış mətbəxinin kulenariyasını da nümayiş etdirir. Onun hazırladığı dadlı xörəklər, şirniyatlar, qoğallar milli bayramlarımızda nümayiş olunur. Siyaku Rəqs kollektivi Respublikamızın hüdudlarından kənarda da tanınır. Bayram günlərində, el şənliklərində, yubley gecələrində, Şəhid ailələri və qazilərlə görüşlər təşkil olunur və tədbirlər keçirilir. Folklor evində Diyarşünaslıq guşəsi də fəaliyyət göstərir. Bu günlərdə Azərbaycan Respublikası ” Təhsil” mərkəzinin ” Elm və Təhsil ” qəzeti ilə birgə keçirdiyi sorğu və müsabiqə Astara rayonunun Siyaku kəndindəki Folklor evinin bədii rəhbəri Seyidxanım Mərdan oğlu Kəkəyeva Fəxri Diplomla təltif olunmuşdur. Biz də Seyidxanım Mərdan qızını ürəkdən təbrik edir, ona, ailəsi ilə birlikdə can sağlığı, ailə səadəti və yeni- yeni nailiyyətlər arzulayırıq.
Rafiq Zəbani (Cəfərov),
“Qızıl qələm” media mükafatçısı,
şair, sahibkar
(HƏKƏRİ QƏZETİ)