
Rayonumuzun mədəniyyət sahəsinin inkişafında böyük zəhməti olan, əməyi dövlətimiz tərəfindən dəyərləndirilən “Fəxri Mədəniyyət işçisi”, “Tərəqqi medallı” Fərbiyə Şabanova tək Astarada deyil, Azərbaycanın hududlarından uzaqlarda da tanınır. Onu tanıdan mədəniyyət sahəsindəki uğurlu fəaliyyəti, fədakar əməyidir.
Fərbiyə Şabanova 1941-ci il aprel ayının-15 də rayonumuzun Kakalos kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Atası böyük Vətən müharibəsinin iştirakçısı olmuş, fəxri fərman və medallarla təltif edilmiş Həsən Şabanov Astarada və bir çox rayonlarda məsul işdə çalışmışdır.
Ailədə tərbiyyələnmiş üç uşağın cəmiyyətdə layiqli mövqe tutmasında, dəyərli ziyalı kimi yetişməsində Həsən kişinin və xalqımızın adət-ənənələrinin, folklorumuzun zəngin bilicisi sözlü, nəğməli Xanım ananın böyük əməyi olmuşdur.
Ailənin ilki respublikada tanınan Azərbaycan yazıçılar birliyinin üzvü, yazıçı publisist, uşaq dramaturqu, əsərləri dövlət teatrlarında, mavi ekranlarda, xalq teatrlarında oynalınmış Bakı şəhərində yazıb-yaratmış məhsuldar yazıçı Fatma Həsənqızı bu yaxınlarda dünyasını dəyişmişdir. Tanınmış yazıçı bir çox əsərləri ilə özünə məxsuz mövqe qazanmışdır.
Mərhəmət Şabanov yarım əsərə yaxın ömrünü Azərbaycan dili və ədəbiyyat müəllimi kimi gənc nəslin təlim-tərbiyyəsinə sərf etmişdir.
Ailənin son beşiyi Fərbiyə Şabanova orta təhsildən sonra Bakıda Modalyer kursunu, Azərbaycan İncəsənt İnstiturunun mədəni-maarif fakultəsini bitirmişdir. Məktəbdə pioner baş dəstə rəhbəri kimi fəaliyyətə başlamış sonralar məktəbdə təlim-tərbiyyə işləri üzrə təşkilatçı, 1983-1992-ci illərdə Astara rayonun mədəniyyət şöbəsinin müdiri, Kakalos kənd icra nümayəndəsi, Kakalos kənd mədəniyyət evinin rəhbəri, rejisoru olmuşdur. Mədəniyyətimizin inkişafında layiqli töhfələr vermiş, ömürünü incəsənətə, mədəniyyətə sərf etmiş Fərbiyə xanım hazırda öz təşəbbüsü ilə Kakalos kəndində yaradılmış Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının ictimai əsaslarla direktorudur.
Kakalos kənd mədəniyyət evinin nəzdnində “Əvəsor” xalq kollektivinin, “Nəcib qızlar klubunun”, “Şəhriyar” adına xalq teatırının, “Tarix diyarşünaslıq muzeyinin” yaradılması Fərbiyə xanımın ideyaları nəticəsində ərsəyə gəlmişdir. Mədəniyyət Nazirliyi tərəfindən bu layihələr dəyərləndirilmiş fəxri fərman və mükafatlara layiq görülmüşdür. Əslində Fərbiyə xanım çalışdığı illər ərzində heç bir maddiyyət düşünmədən ərsəyə gətirdiyi layihələrdən zövq almışdır. Bu fədakar xanım əsl iş adamıdır. Onun üçün “çətindir” ifadəsi yoxdur. Hər uğurlu layihəsini gərgin zəhmətlə, axtarışla ərsəyə gətirən işgüzar xanımın yaradıcılığından müxtəlif sənədli filimlər çəkilmişdir.
Ömrü boyu yorulmadan yaradıcılıqla məşğul olmuş Fərbiyyə Şabanovanın yaratdığı “Əvəsor” talış folklor rəqs ansamblı rayonda və qonşu rayonlarda Bakıda, xarici ölkələrdə-Rumuniyyada, Türkiyədə, İranda, Dağıstanda qastrol səfərlərdə olmuş tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Fədakar mədəniyyət işçisi Fərbiyyə Şabanova ötən il 80 illik yubileyinə yeni layihəsi əsasında Kakalos kənd Diyarüşnaslıq muzeyinin nəzdnində açıq havada yaratdığı “Etnoqrafiq muzeyi” hədiyyə etmişdir.
Ulu keçmişimizdən soraq verən eksponatlar-qədimdə istifadə edilmiş ev-məişət əşyaları-“dinq”, “ocaq”, “təndir”, dastor” , “nehrə” 121 yaşı olan “asma lampa”, “zəbil”, “həsir”, “cevendlər”, “çölməklər”, “bərnilər” (yemək qoymaq üçün qablar) muzeyin bəzəyi və seyirçilərin maraqla gəldiyi məkanıdır.
Fərbiyyə xanımın övladları, nəvə- nəticələri də onun mənalı həyatını öz qabiliyyətləri ilə uğurla davam etdirirlər. Sosial şəbəkələrdə Pərvanə xanım (qızı), Nərgiz xanım (nəvəsi), Emin (nəvəsi), Samira və Leyla (nəticələri) istedadları ilə maraqla izlənilir.
Nəvəsi Nərgiz Türkiyədə Çanaqqala-18 Mart Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirib. Bu yaxınlarda Türkiyə və Azərbaycanın birgə istehsalı olan “İlin ulduzları 2022” lahiyəsində, “İlin beynəlxalq peşəkar təlimçisi” mükafatına layiq görülüb.
Bəli, estafet uğurla davam etdirilir.
İnanıriq ki, Fərbiyyə xanım bundan sonrakı ömrünü də mədəniyyətimizin daha da inkişafına və onun çiçəklənməsinə sərf edəcəkdir.
Mədəniyyətimizin fədakarı Fərbiyyə xanım!, mənalı həyatınız daha da uzun olsun.
Gülnar Əsədli
Jurnalist publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Azərbaycan Yazıçılar Birliyinin üzvü