Bəli Hikmət Mirzəyev hərb tariximizin canlı əfsanəsidir. O. Ana yurdumuz Azərbaycanımızda ilk yaranan xüsusi təyinatlı h/h komandiridir. Həyat yoldaşım Rövşən Məlikov da orada xidmət etmişdir. Yəni bir hərbiçisi ailəsi olaraq daima Hikmət Mirzəyevin dəstəyin görmüşük! Çox mətin, cəsarətli və qəhrəman bir zabitdir! İşində hər zaman diqqətli və intizamlı olub qardaşımız. Qürürlanmağa dəyər unudulmaz tarixlər yaşamışıq: 1994-cü il idi xüsusi təyinatlı hərbi hissə heyyəti yeni il bayramına toplaşmışdıq. O zaman biz Naftalan şəhərində idik. Hikmət Mirzəyevi ilk dəfə məhz yeni ili qeyd etmək üçün onun bizi bir ara yığdığı süfrə ətrafında gördüm. O, mehriban və uşaqlara qarşı çox nəzakətli olduğunu dərhal hiss etdirdi. O zaman rəhmətlik qızım Leylanı qucağına alıb onunla çoxluca oynadı. Çox insanpərvər və böyük kiçik yeri bilən bir rəhbərdir.
Nəzərinizə onu da çatdırım ki. Hikmət Mirzəyevin doğum günü məhz 29 fevraldır. Odur ki 4 ildən bir ad gününü qeyd edən Generalımızı bizlərə bu ZƏFƏR sevincini yaşatdığı üçün bu ildən təbrik edirik.
Vətən müharibəsinin sevincini yaşayanlar öz Feyzbok səhifələrində General Leytinant Hikmət Mirzəyev haqqıda yazdıqları yazıların bir qismi ilə sizləri tanış edirik.
-Bugünkü Zəfər paradında da yenə ən öndəydi. Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant və dünən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Hikmət Mirzəyev haqqında bir neçə mühüm xatırlatma:
-Ona polkovnik rütbəsini ümummilli lider Heydər Əliyev şəxsən özü təqdim edib. 2002-ci ildə isə H.Əliyevin sərəncamı ilə general-mayor rütbəsini alıb. Düz 18 il öncə. Bu il oktyabrın 17-də isə Ali Baş Komandan ona general-leytenant rütbəsi verib.
H.Mirzəyevin hər bir rütbəsində dövlətə dərin xidmət var, o, kabinetlərdə oturaraq rütbə almayıb.
-O, 2016 və 2020-ci illərdə Qarabağda aparılan hərbi əməliyyatların əsas rəhbərlərindəndir.
-Cəbrayıl rayounun işğaldan azad edilməsi əməliyyatının başçısıdır.
-Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatının rəhbəridir.
-Onun yetişdirdiyi xüsusi təyinatlı qüvvələr digər qoşun növlərindən tamamilə fərqlənirlər. Xüsusi təyinatlı zabitlərimiz Ordumuzun görən gözü, vuran qolu, düşünən beyni hesab olunur. Yaralı XTQ zabitlərimizin müalicəsi zamanı iynədən istifadə mümkünsüz olurdu. Çünki dəmir kimi bədən, qol əzələləri iynəni qırırdı, iynə əzələyə daxil ola bilmirdi. Nə qədər qəribə görünsə də, xeyli belə faktlar var və biz onları görmüşük, bu barədə ətraflı izahata ehtiyac da yoxdur.
-H.Mirzəyev dünya miqyasında qəbul olunan əfsanəvi hərbçidir. O, dünyanın istənilən bölgəsində, istənilən relyefdə (dağ, meşə, səhra, su və s.) mümkünsüz olan hərbi əməliyyatları həyata keçirə bilən sərkərdədir.
-Döyüşdə H.Mirzəyevlə üz-üz gəlmək rəsmən intihar deməkdir. Onun xüsusi əlbəyaxa döyüş bacarığı, soyuq və odlu silahlardan möcüzəvi şəkildə istifadə etmək məharəti sadəcə inanılmazıdır. Biz bütün bunları filmlərdə görmüşük. Şuşanın işğaldan azad edilməsi bunun təsdiqidir. Ali Baş Komandan İlham Əliyevin Hikmət Mirzəyevi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə təbrik etməsi təsadüf deyildi. (“Qafqazinfo”)
Sərraf Balaxan: Milliyyətindən asılı olmayaraq aşağı-yuxarı bütün ordu başçıları, sərkərdə və komandanlar öz döyüşləri, xüsusən qələbələri, ən azından döyüşçüləri haqqında nələrsə danışıblar. Hətta katiblər tutub bunları yazdırıblar.
Məni heyrətləndirən odur ki, heç bir döyüş tapşırığı uğursuz olmayan, həmişə döyüşçülərinin önündə ən dəhşətli savaşlara qatılan, həyatı boyu yalnız qalibiyyət məruzəsi edən, Azərbaycanın ərazi bütövlüyünü təmin edənlərdən biri olan general-leytenant Hikmət Mirzəyev bir dəfə də olsun danışmayıb. Adam bu qədər əməlin arxasında necə susa bilir?! Bu boyda susmaq üçün adam hansı xaraktetə sahib olmalıdır?! Bilmirəm. Heç təsəvvür də edə bilmirəm.
O boyda romanın qəhrəmanı olasan, bir kəlmə söz danışmayasan. Bunu yazmaq olar??? Bugünkü Zəfər paradında da yenə ən öndəydi. Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant və dünən “VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI” adına layiq görülən Hikmət Mirzəyev haqqında bir neçə mühüm xatırlatma: Qardaş Hikmət Mirzəyevin komandasının necə döyüsdüyünün şahidlərindən biriyəm… Hikmət müəllim şəxsən özüdə döyüşlərdə iştirak edirdi… Allah can sağlığı versin.
Nubar Bashirli: Belə xarakterə sahib olduğu üçün məhz o qədər uğur əldə edə bilib. Həm hərbi sirri gizli saxlayır, həmdə o susur insanlar danışır. Belə olan halda daha dəyərli olur. Hikmət Mirzəyev həm komandir kimi Şuşanı, həm də vətənpərvər azərbaycanlı kimi hər birimizin qəlbini fəth etdi. Belə igidlərimiz var olduqca bu xalqın kürəyi yerə dəyməz, nə də düşmən torpaqlarımıza göz dikə bilməz.
Tural Adışirin: Müasir hərb tariximizin canlı əfsanəsi.
Safar Alisharli: Məncə, susmağı çox düzgündür. O danışsa, etdiklərinin təkcə sirri deyil, sehri də xeyli dağılar.
Gurbanov Tarlan: Esg olsun Generalimiza..bele yaxşidir..o Tarix yazir. Danişmir..
Ramina Eyvazqızı: İnsan bəzən susanda danışır. Elə bu fotoda nələr var, gözləri, baxışı o qədər söz deyir ki, sadəcə susanı da dinləmək bacarığı olmalıdır
Mehman Muradli: Adam möhtəşəmdi. Susqunluğa ilə hər şey deyir. Qalır qələmə almaq
Taleh Ceferov: Qardaş, generalımız həddən artıq təvəzzökardır, adam tarix yazdı, oxumaq isə bizlərə qaldı…Romanı yazan müəllif heç vaxt onu özü oxumaq üçün yazmır.
Huseyn Cebrayiloglu: II Qarabağ müharibəsinin qəhrəmanlarının başında gələn və duran, əslən Lerikin Sori kəndindən olan general leytenant Hikmət Mirzəyev!
Allah güc və ömür versin
Shams Azadi: Doğum yeri Bilesuvar yazılıb
Shams Azadi: Elədi. Biləsuvarda Binə kimidir. Mütləq əksəriyyəti leriklidir
Esmira İsmayılova: Biləsuvarın çox kəndləri Lerikdən köçüb gələnlərdir.
Idrak Muradov: Men, Generalimizin hardan olmasini indi gorurem. Umumi deyim ki , Stalin leriklileri Bilesuvara ve Selyana kocurdub. Bir cox adam deyisikliye gore tez bir zamanda heyatlarini deyisibler. Subtropik iqlimden aran iqlimine kecidin fesadlari…
Shahin Alizade: Taliw torpagi, bele generallarimizi yetiwdiren igidler obasidir…
Malik Balaşov: TƏBRİK EDİRİK CƏNAB GENERAL!
Hamımızızın kumurimiz, sevimli qəhrəmanımız, Xalqımızın böyük oğlu, Ali Baş Komandanın sadiq əsgəri General-leytenant Mirzəyev Hikmət İzzət oğluna Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir!
TƏBRIK EDIRIK CƏNAB GENERAL! SƏN BÜTÜN ADLARIN ƏN BÖYÜYÜNƏ, ƏN ŞƏRƏFLISINƏ LAYIQSƏN!
XALQIN MƏHƏBBƏT VƏ EHTIRAMI ƏN BÖYÜK DƏYƏRDİR.
(“Dodo” qəzeti 44 sayı fevral ayı 2021-ci il)