Papa

content/uploads/2025/04/francesco-300×300.png” alt=”” width=”300″ height=”300″ />Papa

Roma-Katolik Kilsəsinin ruhani lideri, Onun Müqəddəsliyi Papa Fransisko həyatını itirdi. Bu ağır və kədərli xəbər dünya boyunca milyonlarla insanın qəlbində iz saldı. “DODO” qəzetinin redaksiyası olaraq, bu dərin itki münasibətilə Roma-Katolik Kilsəsinə, ruhani təbəqəsinə və imanlılara başsağlığı veririk.

Papa Fransisk xristian dünyasının yalnız lideri deyildi — o, bəşəriyyətin ruhani vicdanı, mərhəmət, sevgi və ədalət rəmzi idi. Onun səsi həmişə kasıbların, məzlumların, mühacirlərin və sülh axtaranların yanında oldu. O, inancdan doğan insanlıq dəyərlərini dünyaya təlqin edərək, dinlərarası dialoq və tolerantlığın ən güclü tərəfdarlarından biri idi.

Onun pontifikatı dövründə Vatikanın siyasəti daha açıq, daha şəffaf və daha insanmərkəzli olub. Ətraf mühitin qorunması, sosial ədalət, yoxsulluğun azaldılması, münaqişələrin qarşısının alınması kimi qlobal məsələlərə verdiyi töhfələr unudulmayacaq.

Bugün Papa Fransiskin ruhuna dualar edərək, Rəbbdən bütün kədərlənənlərə təsəlli diləyirik. Onun irsi, çağırışları və nümunəvi həyatı dünya xalqlarının yaddaşında yaşayacaq.

Rəhmət və rəhmət içində uyusun.
Dərin hörmətlə,
‘DODO’ redaksiya heyəti adına,
Baş redaktor: İradə Məlikova