Lənkəran-Astara regionu təhsilində Cənub Hazırlıq Mərkəzindən tarixi addım!

Azərbaycanın möhtəşəm Zəfər Günü – 8 Noyabr münasibətilə Lənkəran-Astara regionunun dörd rayonundan seçilmiş istedadlı şagirdlər üçün Lənkəran Mədəniyyət Mərkəzində böyük, ruhlandırıcı və qürurverici tədbir keçirilib. “Qarabağa Qayıdış” proqramı çərçivəsində Lənkəran, Astara, Lerik və Masallıdan 138 şagird xüsusi mükafatlarla təltif olunub.

Şəhid Xatirəsi və Tədbirin Təsirli Anları

Tədbir Cənub Hazırlıq Mərkəzi tərəfindən təşkil olunub. Mərasim şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sükut anında zalda yaşanan duyğu dolu atmosfer bu tədbirin nə qədər əhəmiyyətli olduğunu hər kəsə bir daha hiss etdirib.

Proqramda Prezidentin Zəfər Günü ilə bağlı çıxışı nümayiş etdirilib və bu, tədbirə əlavə ruh qatıb.a

Vətən müharibəsi şəhidi, mayor Aqşin İbadovun atası Nazim müəllim çıxış edərək şəhidimizin qəhrəmanlığını qürurla xatırladıb. Mərkəz tərəfindən şəhidin ev muzeyinə xüsusi xalça hədiyyə edilməsi tədbirin ən təsirli məqamlarından biri olub.

İstedada Dəstək: Qaliblərin Vurğulanması

Mükafatlandırma mərasimində 10 velosiped, 37 smart saat, 40 qulaqlıq, kitab dəstləri, köynəklər və digər hədiyyələr ümumilikdə 138 şagirdə təqdim olunub.

Xüsusi qeyd olunan yüksək nəticəli qaliblər:

ZÜMRÜ QAFARLI                  LERİK CƏNGƏMİRAN              2      700

ƏMİNƏ MƏNSİMZADƏ        10 SAYLI                             2     700

RƏHMAN SƏMƏDZADƏ      LERİK CƏNGƏMİRAN     2     700

GÜLSÜM CƏFƏRZADƏ        1 SAYLI                               3     686

MUHƏMMƏD HÜSEYNOV   10 SAYLI                             3     686

İBRAHİM BAYRAMZADƏ     GİRDƏNİ                            3      686

ƏBƏLFƏ HÜSEYNZADƏ      GİRDƏN                           3       686

NAZLI HÜSEYNOVA             BOLADİ 1 SAYLI              4       700

ƏZİZAĞA NƏSİRZADƏ         BOLADİ 1 SAYLI        4         700

AĞAKİŞİ ƏMİRƏLİYEV        BOLADİ 1 SAYLI        4         700

Dodo” qəzetinin qeydi: Bu möhtəşəm məlumat bizə Boladı 1 Saylı məktəbin şagirdi Ağakişi Əmirəliyevin ailəsi ilə görüş zamanı bildirilib. Biz də bütün qalibləri – xüsusilə də qələbə sevincini yaşayan Ağakişi və digər şagirdləri ürəkdən təbrik edirik!

Müəllim Əməyinə Yüksək Qiymət

Uğurların qazanılmasında böyük pay sahibi olan müəllimlər də unudulmayıb. 20-dən çox ibtidai sinif müəllimi və yer tutan şagirdlərin müəllimləri Fəxri Fərmanla təltif olunub.

IV sinif şagirdi Ağakişi Əmirəliyevin müəllimi Vurğunə Bağırova və 12 məktəb direktoru da xüsusi hədiyyələrlə təltif edilib.

 

“Dodo” qəzetinin redaksiyası olaraq, Cənub Hazırlıq Mərkəzinin direktoru  Taleh Mənsimov Bilal oğlu və rəhbərlik heyətinə təşəkkürümüzü bildiririk.

Uşaqları belə gözəl işlərə həvəsləndirmək, onların gələcəyinə stimul vermək və bu səviyyədə tədbir keçirmək — həqiqətən də təqdirəlayiq addımdır. Talış bölgəsində təhsilə göstərilən bu dəstək xüsusi olaraq qeyd olunmalıdır.

 Hörmətli Taleh müəllim və komandanız, yolunuz açıq, uğurlarınız bol olsun!

İradə Məlikova

“Dodo” qəzetinin baş redaktoru