
“Tarix yazanlar var, bir də tarixi yaşayanlar…”
Bu gün Azərbaycan elmi və ictimai-siyasi mühitində öz dəst-xətti ilə seçilən, tariximizin mürəkkəb və ağrılı səhifələrinə elmi dürüstlüklə işıq tutan dəyərli ziyalı, tarix elmləri doktoru, VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vasif Vaqif oğlu Qafarovun doğum günüdür.
1982-ci il yanvarın 25-də Lerik rayonunun Cəngəmiran kəndində ziyalı ailəsində dünyaya göz açan Vasif Qafarovun həyat yolu elmə və Vətənə xidmət nümunəsidir. Orta təhsilini doğma kəndində aldıqdan sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, bakalavr və magistratura pillələrini fərqlənmə diplomları ilə bitirmişdir.
Onun elmi fəaliyyəti əsasən Azərbaycanın XIX–XX əsrin əvvəlləri tarixi, Birinci Dünya müharibəsi illərində Osmanlı–Azərbaycan–Rusiya münasibətləri və Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı siyasətinin araşdırılması ilə bağlıdır. Xüsusilə Türkiyə və digər xarici arxivlərdən üzə çıxardığı sənədlər tariximizin saxtalaşdırılmasına qarşı möhkəm elmi əsaslar yaradır.
Bu gün Vasif Qafarov AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda baş elmi işçi, “Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası” elmi qrupunun rəhbəri kimi fəaliyyət göstərir. O, 12 kitabın və 100-dən artıq elmi məqalənin müəllifi olmaqla yanaşı, onlarla beynəlxalq elmi konfransda Azərbaycan
2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində 80 saylı Lerik–Astara seçki dairəsindən deputat seçilən Vasif Qafarov, qısa müddətdə seçicilərin etimadını qazanmışdır. Milli Məclisin Regional məsələlər, həmçinin Elm və təhsil komitələrinin üzvü kimi o, parlament fəaliyyətində elmi əsaslara söykənən, məsuliyyətli və prinsipial mövqeyi və aktual təklifləri ilə seçilir.
Onun deputat fəaliyyəti Lerik–Astara bölgəsinin sosial-iqtisadi inkişafı, təhsil və elm sahəsində problemlərin qaldırılması, şəhid ailələri və qazilərin sosial müdafiəsi məsələlərini əhatə edir. Vasif Qafarov üçün deputat mandatı sadəcə status deyil, xalq qarşısında daşıdığı məsuliyyətdir.
Vasif Qafarovu tanıyanlar onu yalnız alim və deputat kimi deyil, həm də təvazökar, milli dəyərlərə bağlı, prinsipial ziyalı kimi xarakterizə edirlər. O, “Öncə Vətən” düşüncəsi ilə hərəkət edərək, Azərbaycanın milli maraqlarını həm elmi müstəvidə, həm də siyasi platformalarda qətiyyətlə müdafiə edir.
“Dodo” qəzetinin redaksiyası olaraq hörmətli Vasif Qafarovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və siyasi fəaliyyətində yeni uğurlar, xalqımıza xidmət yolunda daim yüksələn nailiyyətlər arzulayırıq.
https://www.facebook.com/reel/1057809726494310
İradə Məlikova
“Dodo” qəzetinin baş redaktoru
