21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə dilsevərlərə və talış mədəniyyətinə maraq göstərənlərə böyük bir hədiyyəmiz var! Artıq talış dilini sıfırdan öyrənmək istəyənlər üçün mükəmməl bir vəsait – Azərbaycanca-Talışca Danışıq Kitabçası işıq üzü görüb.

Bu kitabda sizi neçə gözləyir?

Kitabça kiçik həcmli olsa da, olduqca zəngin məzmuna malikdir:

  • Gündəlik həyatda ən çox istifadə olunan 1000-ə yaxın söz;
  • Əsas qrammatik qaydalar və mühüm dialoqlar;
  • Məişət, ticarət, sağlamlıq və təbiət mövzularında praktik ifadələr.

Bu vəsait Azərbaycan və Talış dilləri arasında bir körpü yaradaraq, oxucuya qısa zamanda sərbəst ünsiyyət qurmaq imkanı verir. Müəllifin də qeyd etdiyi kimi: “Bu kitab təkcə sözlər toplusu deyil, qədim bir mədəniyyətin səsinə açılan qapıdır.”

“In kitob iqlə sıxanqırdon toplusu ni, çı ğədim qılə mədəniyyəti sədo ojbıə bəy.”

 Oxucularımızın nəzərinə!

Dili öyrənmək istəyən hər bir kəs bu kitabçadan yararlana bilər. Vəsaiti əldə etmək və ya əlavə məlumat almaq üçün redaksiyamıza müraciət edə bilərsiniz. Ana dilimizi öyrənək və yaşadaq!

Beynəlxalq Ana Dili Gününüz mübarək!