Yanacaq daşıyan yük maşınında dəhşətli yanğın – ANBAAN VİDEO
İsraildə yanacaq daşıyan yük maşınında partlayış baş verib. Hadisə yerindən çəkilən video “Yiddish News” agentliyinin “Twitter” səhifəsində yayımlanıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.