Sosial şəbəkələrdə prezident Vladimir Putinin onlayn toplantı zamanı qələmini acıqla masaya atdığı videoçarx ortaya çıxıb.


Qaynarinfo xəbər verir ki, bu, Putinin sözü Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeni Ziniçevə verdiyi zaman baş verib. Prezidentin sözlərinə görə, təbii fəlakətlər səbəbindən bir çox insan evlərini itirir və həyatları təhlükə altındadır.

“Gəlin işləməyə başlayaq, ancaq əvvəlcə fövqəladə hallar nazirinin hesabatını dinləmək istəyirəm”, – Putin deyib və əlindəki qələmi sərt şəkildə stolun üstünə atıb.


Xatırladaq ki, Rusiya Federasiyasının dörd bölgəsində – İrkutsk, Transbaikaliya, Tuva və Xakasiyada meşələrdə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Digər 49 bölgədə xüsusi yanğından mühafizə rejimi hökm sürür.


Alpər


By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO