Bəlkə də “Kassini” aparatının Saturna ekspedisiyasının ən maraqlı hissəsi “Hügens” zondunun Titana enişi olub.

 

Qaynarinfo xəbər verir ki, 2005-ci ilin yanvarında “Hügens” bəşəriyyət tarixində günəş sisteminin xarici hissəsində yerləşən bir obyektə enən ilk cihaz kimi qeydə düşüb. 


Titan maraqlı, amma bizə yad dünya idi. Ətrafındakı narıncı buludların qalın bir təbəqəsi altında çaylar və karbohidrogen gölləri (maye metan və etan kimi) yayılır. Titan kosmosdakı yeganə obyektdir ki (ən azı bizim bilgilərimiz daxilində), sabit maye mənbələrinin səthdə yerləşə bilər. Səthindəki temperatur sıfırın altında 170 dərəcə Selsi olaraq qalır, lakin buna baxmayaraq, elm adamları bu metan dənizlərində Yerdəkindən tamamilə fərqli bir həyat olsa belə, onun mövcud olub-olmadığını düşünməkdən vaz keçmirlər. Ancaq bu ehtimal son dərəcə kiçikdir.


NASA video hazırlamaq üçün enmə zamanı “Hügens” zondunun atmosferə daxil olduğu andan yad bir düzənliyə endiyi vaxta qədər əldə etdiyi fotoşəkil və məlumatlardan istifadə edib. “Hügens”in əsas gəmi üfüqdən kənara çıxmazdan əvvəl “Kassini”yə məlumat ötürməyə bir neçə dəqiqəsi olub, buna baxmayaraq, zond yaylaları, kanalları və uçurumları qeydə ala bilib.


Xatıladaq ki, Titan — Günəş sistemində Saturn planetinin peykidir. Günəş sistemində Yerin cavanlığına bənzər göy cismidir. Titanı araşdırıldıqda kəşf olunub ki, onda yağışlı mövsümlər mövcuddur. Bu mövsüm başlandıqda peykdə tufanlar, fırtınalar qopur, eləcə də leysanlar yağır. Bunun nəticəsində peykin səthi eroziyaya məruz qalır. Bir də Yerdən fərqli olaraq Titanda 1 mövsümün müddəti 7.5 Yer ilinə bərabərdir.

 

Alpər


By admin

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO