Ucar rayonunun Yuxarı Şilyan kəndinin sakinləri Küdürü adlanan ərazidə nəhəng gürzə ilanı öldürüblər.


Qaynarinfo APA-ya istinadən xəbər verir ki, ilanın uzunluğu təxminən 2 metr olub.

Bildirilir ki, Küdürüdə (quraq ərazi) gürzə ilanlarının bir neçə növü yaşayır. Sovetlər dönəmində bu ərazi ilantutanların sevimli məkanı olub. Hətta Yuxarı Şilyan kənd sakinlərinin bəziləri xidmət haqqı almaqla, gürzə ilanlarını ovlayırlarmış. Bu, gürzə ilanlarının sayının kəskin artmasının qarşısını alırmış. Lakin sonradan ilançılıq sovxozlarının dağılması vəziyyəti dəyişib. Hazırda ərazidə ilanların sayının artdığı bildirilir.


Qeyd edək ki, gürzə ilanları əsasən dovşan balaları və müxtəlif gəmiricilərlə qidalanır.

By admin

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO