“Yanlış və ya mübahisəli informasiyaları aydınlaşdırmağa davam edəcəyik”.


Qaynarinfo xəbər verir ki, bunu sosial şəbəkə nəhəngi “Twitter”in baş direktoru Cek Dorsi ABŞ prezidenti Donald Trampın sosial şəbəkənən fəaliyyətini dayandırma təhdidlərinə cavab olaraq deyib. Bildirib ki, şirkət olaraq davranışımızdan məsul olan biri varsa, o da mənəm. Xahiş edirəm əməkdaşlarımızı bu işə qarşıdırmayın.

Dorsi həmçinin “məlumatı doğrula” funksiyasının Tvitteri “doruluq avtoritarı” etmədiyini vurğulayaraq, əsil məqsədlərinin müxtəlif ifadələrdəki əksik nöqtələri tamamlamaq və insanların doğru informasiyaya əlçatanlığını təmin etmək olduğunu bildirib.


Qeyd edək ki, ötən gün ABŞ prezienti Tvitteri ifadə azadlığını məhdudlaşdırmaqda və seçkilərə müdaxilə etməkdə ittiham etmişdi. Bu gün isə sosial şəbəkələrlə bağlı sərəncam imzalayacaığ gözlənilir.


Camal

By admin

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO