“Vaxtından əvvəl yolların açılması koronavirusa yoluxanların sayının artmasına gətirib cxardacaq”.


Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatl Aydın Mirzəzadə Bakı ilə rayonlar arasında, o cümlədən Naxçıvana gediş-gəlişin bərpa olunmasından danışarkən deyib. 

Deputatın fikrincə, bu məsələdə ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını və məsləhətlərini nəzərə almaq çox vacibdir: 



“Bu gün koronavirusa yoluxanların böyük əksəriyyəti Bakı, Sumqayıt və Abşeron rayonlarındadır. Ona görə də bu rayonlar xüsusi karantindədir. Operativ Qəratgah nə vaxt məsələnin həllini mümkün saysa, o vaxtı da mən Bakı ilə rayonların, o cümlədən Naxçıvana gediş-gəlişin açılmasının mümkün hesab edirəm. Vaxtından əvvəl yolların açılması koronavirusa yoluxanların sayının artmasına gətirib cxardacaq”.


Professor Adil Qeybulla isə Operativ Qərargahla bölgələr arasında əlaqələrin pandemiyaya qarşı mübarizədəki rolundan danışıb. Onun sözlərinə görə, Operativ Qərargahın əsas funksiyası kordinasiyaedici funksiyadır:



“Əlbəttə, bu, o halda lazımdır ki, səbəkələnmiş qoruma sistemi olsun. Yəni, rayonlarda koronavirusa nəzarət, onun dinamikasını kontrol edən həkimlərlə Operativ Qərargahın hər gün əlaqələri olsun. Əslində, bu əlaqələr qurulub. Bunlar ilk gündən mövcuddur. Həkimlər bölgələrdə işləyir, lazım olanda isə onlar aidiyyatı yerlərdən məsləhətlər alırlar. Bu istiqamətdə iş gedir. Operativ Qərargahın əsas funksiyası kordinasiyaedici funksiyadır. Odur ki, istənilən halda rayonlarla Bakı arasındakı məsafənin açılması gözlənilir. Məncə, bu, yaxın vaxtlarda olacaq. Amma bir məsələ var, yollar açılana kimi, hələlik bölgələrdəki vətəndaşlar online və telefon əlaqəsiylə kifayətlənsinlər”. 


Bahar Rüstəmli

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO