“Həm “Legiya”, həm də “Qarabağ”da azarkeşsiz keçirdiyimiz oyun olub”.

Oxu.Az xəbər verir ki, bunu Plotskun “Visla” komandasının mərkəz müdafiəçisi Yakub Jezniçak deyib.

Futbol üzrə Polşa çempionatının bu gün bərpa edilməsinə münasibət bildirən 33 yaşlı futbolçu matçların azarkeşsiz keçirilməsi qərarını faciə hesab etmədiyini bildirib. O, 2017-2019-cu illərdə “Qarabağ”da oynayarkən buna öyrəşdiyini vurğulayıb:

“Azərbaycanda oyunlar olurdu ki, tribunalarda cəmi bir dəstə azarkeş görünürdü. Buna görə də azarkeşsiz oyuna öyrəşmişəm. Ancaq bir çox futbolçular üçün boş tribunalar önündə çıxış etmək yeni təcrübə olacaq. Bəzi stadionlara onsuz da az adam gəlirdi. Onlar üçün elə bir fərqi olmayacaq”.

Polşa millisinin sabiq üzvü qazandığı titullarla fəxr etdiyini də söyləyib:

“Legiya” ilə beş, Azərbaycanda iki dəfə ölkə çempionu oldum, kuboklar qazandım, Çempionlar Liqası və Avropa Liqasının qrupunda iştirak etdim. Bu, istedadımdan daha yüksək nəticələrdir. Öz üzərində çalışmaq və bəxt istedaddan daha önəmlidir. Bu səbəbdən qazandıqlarıma görə taleyimə minnətdaram”.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO