Sumqayıt sakinləri məişət tullantılarının vaxtında təmizlənməməsindən şikayət edir.

Bu barədə Oxu.Az-a vətəndaşlar tərəfindən videogörüntülər göndərilib.

Videonun şəhərin İnşaatçılar qəsəbəsində lentə alındığı qeyd olunur.

Vətəndaş iddia edir ki, ərazi zibillə dolub-daşır, təmizliyə nəzarət edən yoxdur:

“Karantinlə bağlı vətəndaşlara evdən çıxmaq qadağan olunur. Sağlamlığımızı qorumaq istəyirlər, amma əsl virus buralarda gəzir”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Təmizlik Departamentinin direktoru Atəş Rüstəmovla əlaqə saxladıq. O, redaksiyamıza açıqlamasında hazırda ərazidə vəziyyətin təsvir edilən kimi olmadığını deyib:

“Sözügedən videogörüntülər keçən həftənin beçinci günü, axşam saatlarında çəkilib. Bildiyiniz kimi, növbəti gün artıq sərt karantin rejiminin tətbiqinə başlanıldı. Buna baxmayaraq, məsələ ilə bağlı Sumqayıt Şəhər Təmizlik Departamentinin əməkdaşları əraziyə baxış keçirib.

Ərazidə qoyulan zibil qutuları tam dolmasa da, zibil qutularının ətrafına məişət tullantıları ilə yanaşı, qırılmış ağac budaqları atılıb. Ərazidə təmizlik işləri görülüb. Hazırda heç bir problem yoxdur”.

Könül Cəfərli 

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO