İsveçrədə səkkiz yaşlı uşağın adı 2032-ci ilə qədər polisin məlumat bazasına salınıb. Səbəbi isə onun kənd dükanında satıcıdan oyuncaq pulla ödənişə icazə verilib-verilməyəcəyi barədə soruşması olub.

Bu barədə “Basler Zeitung” nəşri xəbər yayıb. 

Bildirilir ki, kimliyi açıqlanmayan uşağın adı bazada 21 yaşına qədər saxlanılacaq.

Məlumata görə, uşaq 10 yaşlı qardaşı və yaşı qeyd olunmayan qonşusu ilə birlikdə dükana gedib. Uşaqlardan kiçiyi satıcıdan soruşub ki, Çinin oyuncaq pulu ilə ödəniş edə bilərmi?

Uşaqda üzərində Çin heroqlifi olan avro (Polis hesabatlarında bu “oyuncaq pul” kimi qeyd edilib) olub. Mağaza əməkdaşları pulun saxta olduğunu görərək, polisə müraciət ediblər.

Hadisədən bir ay sonra “saxta pulla ödəniş cəhdi”nə görə uşaq barəsində yoxlamalara başlanılıb. Onların evində axtarış aparılıb və 5, 10, 20 və 50 avro nominallı daha bir neçə oyuncaq əsginaz aşkarlanıb.

Polis hesabatında bildirilib ki, hüquq mühafizəçiləri gələcəkdə baş verə biləcək cinayətlərin qarşısını almaq üçün oyuncaq pulları müsadirə edib. 

Eyni zamanda, asayiş keşikçiləri vəkilin iştirakı olmadan uşağı və qardaşını sorğu-sual edib, onların şəklini çəkib.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO