Goranboyda gənc atalığına bıçaqla xəsarət yetirib.

APA-nın məlumatına görə, hadisə Aşağı Ağcakənd qəsəbəsində baş verib. 

1998-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Hikmət Kərimov yaşadığı evin qarşısında atalığı Məqsəd Əliyevə mübahisə zəminində iki bıçaq zərbəsi vurub.

Boyun nayihəsindən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Hikmət Kərimov saxlanılıb. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. H.Kərimovun psixoloji problemləri olduğu deyilir. 

Faktla bağlı araşdırma aparılır. 

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO