Xəstəxanaya başına qiyməkeşlə (ət baltası) qan içində gələn kişi tibb işçilərini şoka salıb.

“Daily Mail”in məlumatına görə, hadisə Çinin Hubey əyalətində baş verib.

Zərərçəkənin sözlərinə görə, travmanı dava zamanı alıb.

Qiyməkeşin iti tərəfi başı yararaq kəllə sümüyünə qədər gedib. Buna baxmayaraq, kişi özü müstəqil şəkildə xəstəxanaya qədər gedə bilib.

Bıçağı çıxarmaq üçün təcili cərrahi müdaxilə edilib.

Hazırda kişinin vəziyyəti stabil qiymətləndirilir.

Polis yoxlamalara başlayıb.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO