Böyük Britaniya hökuməti ölkəyə hava yolu ilə gələn turistlərin test olunmasını nəzərdən keçirir.

“The Times” xəbər verir ki, bu, səyahət edənlərin iyunun 8-də tətbiq olunan 14 günlük məcburi karantində saxlanılmasından imtina edilməsi üçündür.

Bildirilir ki, gələn ayın əvvəlində Böyük Britaniyanın iri hava limanlarından birində sərhəd nəzarəti zamanı gələn bütün sərnişinlərdən koronavirus testi üçün yaxma götürüləcək.

Xüsusi bir şirkət tərəfindən aparılacaq testin nəticələrinin 7-24 saat ərzində hazır olacağı gözlənilir və bu məlumatı internetdən tapmaq mümkün olacaq. Koronavirus aşkar edilməyən şəxslərin iki həftəlik karantindən azad olacaqları gözlənilir.

Bu analizin qiyməti hələ məlum deyil. Ödənişin sərnişinlərin və ya hökumət, yaxud aviaşirkətlər tərəfindən ediləcəyi məlum deyil.

Qeyd edək ki, aviasiya daşıyıcıları əvvəllər məcburi karantinin nəqliyyatın həcmini bərpa etmək planlarına mane olduğunu əsas gətirərək onun əleyhinə fəal şəkildə hərəkət edirdilər.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO