Amerikalı məşhur pop ifaçısı Adriana Qrande XVIII əsrdə tikilən evi 6,75 milyon dollara satın alıb.

Bununla bağlı “Los Angeles Times” nəşri məlumat yayıb.

1700-cü illərdə xüsusi formada tikilən ev 1980-ci ildə Böyük Britaniyadan ABŞ-a gətirilib. 2020-ci ildə ev 3,5 milyon dollara aktyor Ellen Deceneres və həyat yoldaşı Porşi de Rossi tərəfindən alınıb və təmir edilib.

İki yataq və bir qonaq otağından ibarət evin özəlliyi iki hissədən ibarət olması, rahat daşınmasıdır. Evdə kiçik kitabxana da var.

Bununla yanaşı, Qrande Los-Ancelesdə ümumi sahəsi 900 kvadrat metr olan malikanəni 14 milyon dollara alıb.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO