Mərhum yazıçı-publisist Əli Vəlioğlunun “Halal çörək” povesti Alatoran Yayınları tərəfindən təkrar nəşr olunub.


Bu haqda Qaynarinfo.az-a müəllifin oğlu Üzeyir Əlizadə məlumat verib. Atalar və oğullar silsiləsinin növbəti ədəbi-bədii örnəyi olan bu əsərdə müəllif yazıçı təxəyyülünün məhsulu olan uydurma və qondarma hadisələrdən yan keçərək həyatda gördüyü, şahidi olduğu, hər gün rastlaşdığı insanların içərisindən seçdiyi Usta Vəlinin simasında mükəmməl və yaddaqalan ata obrazı yaratmağa müvəffəq olub.

Unudulmaqda olan adət-ənənələrimizə hörmət, vətənə məhəbbət, yüksək insani dəyərlərə sədaqət ruhunda fərqli bir üslubda və əsl dastan estetikası ilə qələmə alınmış hadisələrin arxa fonunda, ilğımlar içərisində gah itib, gah peyda olmağına rəğmən, iri hərflərlə yazılmış bir neçə kəlmə göz önündən çəkilmir: düzlük, zəhmət və halallıq. Ona görə də bu əsər dua kimi oxunur.

By admin

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO