Yaxın dövrlərdə neft bazarındakı qiymətlərə təsir edəcək əsas qüvvə bütün dünyanın sahillərində dayanan tankerlərdəki nefti saxlayan treyderlər olacaq.


Bloomberg agentliyinin yazdığına görə, son həftələrdə ABŞ, Çin, Avropa ölkələri və Cənubi Afrika Respublikasının sahillərində çoxsaylı nəhəng tankerlər toplaşmaqdadır. Bu, treyderlərə imkan verir ki, Avropa, Amerika və Asiyadakı alıcılara məhsulu qısamüddətli dövrdə çatdıra bilsinlər.

Cənubi Afrika Respublikasındakı Saldanya körfəzinə əsasən Nigeriya, Anqola və Konqodan alınan neft gətirilir. Afrikanın şimal-qərb sahillərində – Aralıq dənizinə çıxışın yanında hazırda daha çox tanker cəmləşib.


Bloomberg qeyd edir ki, hazırda dünya üzrə gündəlik neft istehlakının 20 faizi həcmində neft tankerlərdə saxlanmaqdadır. Və bu da dünya bazarında qiymətlərlə manipulyasiya etmək üçün tam yetərlidir.


Adi vaxtlarda həm treyderlər, həm də istehsalçılar nefti qurudakı anbarlarda saxlamağa üstünlük verirlər. Lakin indi bütün anbarlar dolduğuna görə üstünlük tankerlərə keçib. Tankerlərdə saxlamaya çəkilən əlavə xərclər məhsulu alıcıya operativ qaydada çatdırılmaqla qarşılanır.


Treyderlərin böyük əksəriyyəti enerji bazarı üçün ənənəvi olan kontanqo effektindən – daha uzunmüddətli fyuçers müqavilələri üzrə çatdırılma baha olur – istifadə edirlər. Yanacağın fiziki həcmlərinə malik olmaqla onlar üzrə fyuçersləri daha yüksək qiymətə satırlar. Konyuktura əlverişli olarsa, treyderlər müqavilələrin bir qismini vaxtları başa çatan ərəfədə yenidən geri alırlar. Beləliklə, həmin neft həcmlərini daha uzunmüddətli dövrdə çatdırılaq şərtilə baha qiymətə satırlar.


Neft bolluğu dünyada bu məhsulun qiymətinin aşağı olmasını şərtləndirir. Bu baxımdan, bazarın maraqları tələb edir ki, ehtiyatlar tədricən azalsın. Lakin Bloombergin “hiyləgər” adlandırdığı bəzi treyderlər yalnız öz maraqlarını düşünərək nefti harada tələbat varsa orada satmağa çalışırlar. Dünya ölkələri koronavirusa görə tətbiq olunan məhdudiyyətləri tədricən qaldırır və bu, neftə tələbatı artırır. Belə bir şəraitdə Bloomberg hesab edir ki, hələ yaxın bir neçə ay ərzində bazarda qiymətlərin kəskin tərəddüdləri davam edəcək, qiymətlə bağlı proqnozların böyük əksəriyyəti isə özünü doğrultmayacaq. (musavat.com)

By admin

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO