Kamilə Babayevanın aparıcısı olduğu “Görüş yeri” verilişinin yayımı dayandırılıb.


Axşam.az-ın məlumatına görə, AzTV-də yayımlanan layihənin hansı səbəbdən bağlandığı bəlli deyil.

Aparıcının yeni mövsümdən başqa proqramla kamera qarşısına keçəcəyi bildirilir.


AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumatı təsdiqləyib.


Kamilə Babayeva isə açıqlamasında verilişdə aparıcı kimi bir mövsümlük müqavilə bağladığını bildirib:


“Bu verilişə gələrkən bilirdim ki, proqram mayın sonunadək davam edəcək. Çünki mənə deyildi ki, bir mövsümlükdür. Razılaşmam bu mövsümlük idi. Bütün verilişlər də əvvəlcədən çəkilib, təhvil verilir. Yeni mövsümdə başqa layihə ilə efirə çıxacam”.

By admin

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO