Rusiya gələn il tamamlamağı planlaşdırdığı radarlara düşməyən PAK DA qırıcısının prototipinin hazırlanmasına başlayıb.


Qaynarinfo TASS-a istinadən xəbər verir ki, təyyarə tamamlandıqdan sonra hipersonik silahlar da daxil olmaqla inkişaf etmiş raket və bomba ilə də təchis ediləcək.

Altıncı nəsil təyyarələrin son məhsulu olan qırıcının ABŞ-ın B-2 qırıcısı ilə rəqabətə girməsi proqnozlaşdırılır.


Yerli mətbuatın yazdığına görə PAK DA 2025-ci ildə sınaqdan keçiriləcək və 2028-ci ildən kütləvi istehsalına başlanılacaq.


Qeyd edək ki, Rusiya ordusunun inventarında hazırda gizli döyüş təyyarəsi olan “Sukhoi-57” də var. Lakin bu təyyarə 2010-cu ildə sınaqdan keçirilsə də kütləvi istehsalına başlanılmayıb.


Camal

By admin

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO