Xolesterolunuzu azaltmağın çox sadə yolları var. Bunu etmək üçün ən azı yeddi qaydaya riayət etmək məsləhət görülür. 


Qaynarinfo xəbər verir ki, bu haqda “Change”in dərc etdiyi həkim məsləhətində deyilir.

Birincisi, yulaf sıyığı yeməliyik, lakin yalnız bütöv yulaflardan və ya qaba yarmadan olanından, çünki bu məhsulda lif var və o da öz növbəsində qan damarlarının divarlarında təhlükəli olan xolesterolu azaldır. Eləcə də qida rasionuna istənilən fındıq da daxil edilməlidir – mütəxəssislər bildirir ki, onlar bədəni qan damarlarını xolesterol yığınlarından qoruyan yağ turşuları ilə təmin edirlər.


Həkimlər bununla yanaşı, həm də daha çox gəzməyi məsləhət görürlər – gündə ən azı 30 dəqiqə, bununla da yeməkdən sonra bədənin qandakı yağları təmizləmək qabiliyyəti artır. Pis xolesterolu bədəndən təmizləmək üçün normal su içmək və normal yatmaq da vacibdir – çünki xolesterola təsir edən həzm prosesləri gecə saatlarında baş verir.

Mütəxəssislər, həmçinin, evdəndən kənarda yemək yeməyi və qəhvədən imtina etməyi məsləhət görürlər, çünki onlar da xolesterolu artırır – əksər hallarda hazır yeməklər doymuş yağlar, kalorilər və natriumla dolu olur.

By admin

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO