Ukraynanın futbol üzrə yığmasının və Moskva “Lokomotiv”inin keçmiş yarımmüdafiəçisi, azərbaycan əsilli futbolçu Aleksandr Əliyev “Битва” (“Döyüş”) şousu çərçivəsində boskda debüt edib.


“Report” xəbər verir ki, bununla bağlı videogörüntü XSPORT.ua-nın “Youtube”dakı kanalında paylaşılıb.

35 yaşlı Əliyevin ilk rəqibi aktyor Nikita Vasilyuk olub. Döyüş keçmiş futbolçunun məğlubiyyəti ilə başa çatıb.


Əliyev Kiyevin “Dinamo”, Moskvanın “Lokomotiv” və Mahaçqalanın “Anjı” klub5larında çıxışlarına görə məşhurdur. Onun çıxış etdiyi son komandası Qazaxstanın “Taraz” klubu olub.


By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO