“Bu gün ordumuz üzərinə düşən bütün vəzifələri yerinə yetirmək iqtidarındadır”.


Bunu Sfera.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O xatırladıb ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ordu hələ formalaşmamışdı və bu sahədə ciddi qüsurlar vardı: 


“Bu qüsurların nəticədir ki, 1990-cı illərin əvvəllərində uğurlu əməliyyatlar keçirsək də düşmənin əks-hücumlarının qarşısını ala bilmədik və daha çox torpaq itirdik. Yalnız 1990-cı illərin ortalarında nizami ordu qurulmağa başladı. Hazırda ordumuz xeyli inkişaf edib, bütün silah və texnikalarla təchiz edilib”.


Politoloq bildirib ki, ordu quruculuğu çətin və mürəkkəb prosesdir: 


“Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra ölkəmizin müttəfiqi olan dövlətlər bizə dəstək verdilər: “Təsadüfi deyil ki, Türkiyə Azərbaycan Ordusu ilə birgə il ərzində ən az 1-2 hərbi təlim keçirir. Türkiyə NATO-nun üzvü olduğuna görə böyük təcrübəsi və güclü ordusu var. Azərbaycan Ordusu da illərdir ki, bu təcrübədən istifadə edir. Bununla yanaşı Azərbaycan birbaşa NATO ilə əməkdaşlıq edir və bu da ordumuzun inkişafında böyük rol oynayır”.


Qeyd edək ki, mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park-3” yaşayış kompleksinin açılışı olub.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev orada məcburi köçkünlərlə görüşdə deyib: “Bu gün vəziyyəti düzəltmək, torpaqları işğaldan azad etmək üçün nə qədər böyük səylər göstərilir. Ancaq Aprel döyüşləri və uğurlu Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər”.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO