“Bu virus uzun müddət, ən azı peyvənd hazırlanana, səmərəli müalicə ortaya çıxana qədər bizimlə olacaq”.


APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

ÜST Azərbaycan nümayəndəliyinin rəhbəri deyib ki, koronavirusla bağlı peyvənd hazırlanandan sonra ÜST peyvəndin hər kəs üçün əlçatan olmasına çalışacaq: “O dövrə qədər isə insanlarımız məsuliyyətli, ehtiyatlı olmalıdırlar.


Artıq virusun mahiyyətini daha yaxşı bilirik. Epidemiyanın real vaxt rejimində monitorinqi çox vacibdir. Bütün şübhəli halları aşkar, test etmək, karantinə almaq çox vacibdir”.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO