Bakıya xeyli sayda təcili tibbi yardım maşınları gətirilib. 

Baku.ws-in məlumatına görə, xeyli sayda ambulans maşınları Bakı istiqamətinə yük maşınları vasitəsilə daxil olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bu, koronavirus xəstəxanaları üçün deyil:

“Bu, icbari tibbi sığortanın tətbiqi ilə bağlı təchizatla əlaqədardır. Əvvəldən də açıqlanmışdı ki, təchizatda yeniliklər olacaq və bu, planlı işdir. Ambulansların gətirilməsinə başlanılıb və davam edəcək”.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO