“İyulun 15-də “Embraer 190” tipli təyyarələrlə ilk Bakı-Naxçıvan reysi həyata keçiriləcək”.

Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev  məlumat verib. 

O bildirib ki,həmin təyyarədə 106 sərnişin yeri nəzərdə tutulub:

“İyulun 15-də Naxçıvana iki reys həyata keçiriləcək. Təyyarədə 106 yer olmasına baxmayaraq, satışa 100 bilet çıxarılacaq. Buna səbəb sərnişinlərdən hər hansı birinin səhhətində narahatlıq olsa, onu həmin boş oturacaqlara keçirib, zəruri xidmət göstərilməsidir”.

Könül Cəfərli

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO