Polis əməkdaşı qəza zamanı mikroavtobusdan yıxılan uşağın yenidən maşının altında qalmasının qarşısını alıb.

Rusiyanın Xabarovsk şəhərində baş verən qəzanın görüntülərini RT yayımlayıb.

Kadrlardan görünür ki, yol ayrıcında mikroavtobus başqa bir maşınla toqquşub. İlkin məlumatlara görə, ictimai nəqliyyat vasitəsinin sürücüsü huşunu itirdiyindən maşın hərəkətinə davam edib.

Zərbə nəticəsində avtobusun pəncərəsindən uşaq yıxılıb. O, yerindən qalxaraq yolun ortasında qaçmaq istəyən zaman mikroavtobus hələ də yerində dövr edirdi. Bu vaxt polis əməkdaşı olduğu bildirilən şəxs cəld maşınından düşərək uşağı qucağına alıb və onu xilas edib.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO