İki il əvvəl ərə getdiyi 55 yaşlı Y.D.-nin həm cinsi, həm də fiziki şiddətinə məruz qalan 30 yaşlı Makbule D. dörd yaşlı oğlunun da təcavüzə uğradığını öyrənəndən sonra dözə bilməyib və hüquq-mühafizə orqanlarına müraciət edib.

Bu barədə “HaberGlobal” xəbər yayıb.

Məlumata görə, Ankarada yaşayan evdar qadın Makbule D. 2017-ci ildə istefada olan zabitlə ailə qurub. Qadının sözlərinə görə, bu illər ərzində o, ərinin cinsi və fiziki şiddətinə məruz qalıb, lakin oğluna qarşı təcavüzdən sonra səbri daşıb.

İstintaq çərçivəsində Uşaq Monitorinq Mərkəzində prokurora ifadə verən dörd yaşlı M.E.B. ögey atasının onun paltarlarını soyundurduğunu deyib və başına gələnlərdən danışıb.

Ancaq Y.D. məhkəmədən sonra sərbəst buraxılıb. Qərarla razılaşmayan Makbule D. ərinin həbs olunmasını tələb edir. Onun sözlərinə görə, oğlu təcavüzə məruz qaldığı vaxt qadın ikinci uşağına hamilə imiş:

“Bu hadisənin şahidi olduqdan sonra qanaxmam başladı, hamiləliyim yarımçıq bitdi. Dəli olmaq dərəcəsinə çatmışdım. Dərhal polisə şikayət etdim. Axşam bizi Uşaq Monitorinq Mərkəzinə yolladılar. Burada prokuror oğlumun ifadəsini aldı. O, mənim gördüklərimdən də çox şey danışdı. Prokurorluq Y.D.-ni həbs edilməsi üçün məhkəməyə göndərdi. Ancaq o, sərbəst buraxıldı. Mən ədalət istəyirəm, uşağımın haqqını tələb edirəm. Mənim gördüyüm şiddətin əhəmiyyəti yoxdur, ancaq uşağımın başına gələnlər qəbul edilə bilməz. Bir ana olaraq özümü çox pis hiss etdim, günahkar bildim… Psixologiyam pozuldu. Allah onun cəzasını verəcək, buna inanıram, ancaq həbs olunmasını da istəyirəm”, – deyə, qadın başına gələnləri göz yaşları içərisində danışıb.

Digər tərəfdən, cütlüyün boşanması ilə bağlı məhkəmə prosesinin davam etdiyi qeyd olunur.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO