“Bugünkü 387 nəfərin içində mən də varam. Və ciyərlərimdə vəziyyət heç də yaxşı deyil”.

Bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Nicat Əzimli sosial şəbəkədəki hesabında yazıb. 

O, koronavirusa inanmayanlara müraciət edərək bildirib:

“Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara “bu virus yoxdur” deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın, sizin üçün həyatımızı riskə atmışıq. İnşallah, görüşmək ümidi ilə”.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO