Bakıda sərt karantin rejimi günlərində Nəsimi rayonunda manevr edən avtomobil artıq cərimə meydançasına aparılıb.

Bunu Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, ötən gün sürücünün məsuliyyətə cəlb edilməsi istiqamətində işlər aparılır.

Bildirək ki, ötən gün sosial şəbəkələrdə Nəsimi rayonunda sürücünün boş küçədə abtomobillə təhlükəli manevrlər etməsini əks etdirən video yayılıb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.

İlhamə Əbülfət

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO