Kişi arvadının sevgilisini gecədən səhərə qədər binanın həyətində gözləyib, sonra isə ona bıçaqla hücum edib.

“LifeShot” “Telegram” kanalı Rusiyanın Omsk şəhərində qeydə alınan dəhşətli hadisənin görüntülərini yayımlayıb.

Məlumata görə, qonşular polis və təcili yardım xidmətinə xəbər veriblər. Lakin qadının sevgilisi çoxsaylı bıçaq yaraları aldığından xəstəxananın reanimasiya şöbəsində həyatını itirib.

Cinayətin törədilməsində şübhəli bilinən şəxs isə hadisə yerindən avtomobili ilə qaçıb. Sonra maşını yandıraraq qarajda gizlənib. Lakin bütün bu səyləri uğursuzluqla nəticələnib.

Hazırda o saxlanılıb və barəsində cinayət işinə başlanılıb.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO