“Hamı qəşəng olmağımdan və geyimlərimdən danışır (gülür). Yeddi il sənətimə fasilə verdim. Bu müddət ərzində musiqi ilə deyil, aktrisalıqla məşğul oldum. Türkiyədə “Son məktub” adlı bədii filmə çəkildim”.

Oxu.Az xəbər verir ki, bunu müğənni Mina Hüseyn ARB TV-də yayımlanan “Ona qalsa” səhər şousunda deyib.

Qalmaqallı açıqlamaları və açıq-saçıq fotosessiyaları ilə diqqətləri üzərinə cəmləyən müğənni qardaşlarının ona dəstək olduqlarını bildirib:

“İki qardaşım var. Onlar Maykl Ceksonun mahnılarını çox sevirlər. Qardaşlarım mənə hər zaman dəstək olublar. Britni Spirsin konsertlərini göndərərək, deyirlər ki, səni belə görmək istəyirik.

Qardaşlarım Avropada Oksford Universitetində təhsil alıblar. Hazırda onlar Bakıdadırlar. Kiçik bizneslə məşğul olurlar”.

Qeyd edək ki, Mina Hüseyn keçmiş ANS TV-nin yetirməsidir. O, illər öncə sözügedən televiziyada “Dur oppan” mahnısı ilə tanınıb. Həmçinin, Mina məşhur estrada müğənnisi Elnarə Xəlilovanın xalası qızıdır.

Rəşad Əliyev

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO