Bir qrup gənc hüquq-mühafizə orqanlarında işlədiyi üçün polis əməkdaşını döyüb, ardınca isə arbaletlə öldürməklə hədələyiblər.

“Baza” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın Kirov vilayətində baş verib.

Mənbə bildirir ki, polis əməkdaşının da iştirak etdiyi “parti”yə əvvəllər məhkumluğu olan bir neçə gənc toplaşıb. Onlar dərhal asayiş keşikçisi ilə mübahisə ediblər, sonra isə onu döyməyə başlayıblar.

Sonra gənclərdən biri arbalet çıxarıb və polisdən həyatı müqabilində 10 min rubl (244 AZN) tələb edib.

Kadrlarda bu hadisələrə mane olmaq istəyən qızın ağladığı və hücum edən şəxsə arbaletlə onu vurmasını dediyi görünür.

Nəticədə, zərərçəkən hadisə yerindən qaça bilib.

Faktla əlaqədar cinayət işi açılıb.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO